Pərvanə aşırımında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub
Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamenti məlumat yayıb.

Onların sözlərinə görə, qar fırtınası və görmə məsafəsinin aşağı olması səbəbindən respublika əhəmiyyətli yolun - Koda-Partsxisi-Maqlisi-Tsalka-Ninotsminda 94-110 km (Pərvanə aşırımı) yolu hissəsində, yarımqoşqu və 30-dan çox yeri olan nəqliyyat vasitəsinin hərəkəti qadağan edilib, digər nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Gürcüstan Yollar Departamentinin məlumatına görə, yolun digər hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər