Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani Dmanisi teatrının
bədii rəhbəri vəzifəsinə elan edilmiş müsabiqəni ləğv edib və
rəhbər olaraq birbaşa qayda ilə Qiorqi Sixarulidzeni təyin edib.
Dmnaisi teatrının bədii rəhbəri vəzifəsinə müsabiqə 2021-ci ilin 30
dekabr tarixində elan edilib. Müsabiqədə iştirak etmək üçün yalnız
bir nəfər, teatrın keçmiç bədii rəhbəri, Laşa Çxvimiani müraciət
göndərib. Ancaq nazir müsabiqəni dünən, 8 fevral tarixində ləğv
edib, Çxvimianinin yerinə isə Mixeil Tumanişvili adına kino
aktyorluq peşəkar dövlət teatrının keçmiş bədii rəhbərini təyin
edib.
Teatrın keçmiş bədii rəhbəri Laşa Çxvimiani “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, yeni təyin olunmuş bədii rəhbər, belə
təcrübəli şəxs Dmanisi teatrına bədii rəhbər olmağı özü istəsə,
müsabiqədə iştirak etsə və müsabiqə nəticəsində təyin olunsa daha
yaxşı olardı. Ancaq bu halda hesab edir ki, hadisələr ədalətsiz və
vicdansız şəkildə baş verib.
“Müsabiqədə iştirak edəndə bilirsən ki, başqası da
qalib gələ bilər və mən mənəvi baxımdan onu qarşılamağa, sevinclə,
sevgi ilə Dmanisili əhalinin xidmətini ona təhvil verməyə hazır
idim. Ancaq belə olduğu halda ona da hörmət edə bilmərəm. Bu qədər
təcrübəsi olan adam düşünməli idi ki, mən də müsabiqədə iştirak
edim, düzdür, heç vaxt Dmanisi teatrına bədii rəhbər olmağı
düşünməmişəm, nə də yuxuda görməmişəm, ancaq yenə də müsabiqədə
iştirak edəcəyəm. Necəsə məsələni örtərdilər, xeyr, belə vicdansız
şəkildə müsabiqəni ləğv etdilər. Həm də bunu elə qələmə verirlər
sanki heç nə baş verməyib. Məhz buna görə, maksimum dərəcədə
narahatçılıq yaratmaq və maksimum dərəcədə bütün vasitələrlə
səsləndirmək istəyirəm. Tamamilə ümidsizəm, mən bununla nəyəsə nail
olmağa ümid etmirəm, sadəcə bununla az da olsa narahatçılıq
yaratmaq istəyirəm.”
Nazirliyin elan etdiyi müsabiqədə iştirak etmək istəyənlər teatrın
inkişafı ilə bağlı 4 illik plan təqdim etməli idilər. Ancaq əgər
namizəd fəaliyyət göstərən bədii rəhbər olardısa, o, son 4 ilin
hesabatını da təqdim edə bilərmiş. Çxvimiani bildirib ki, o,
müsabiqədə iştirak etmək üçün təfərrüatlı şəkildə yazılmış
fəaliyyət planı və hesabat təqdim edib. Ancaq yenə də onun
namizədliyini bloka salıblar.
“Siyasi maraqlara gəldikdə isə, mən başa düşürəm ki,
bizim nazir təəssüf olsun konkret partiya ilə assosiasiya olunur.
Biz onun hər bir addımına şübhə ilə baxa bilərik ki, bunu hansısa
siyasi əlamətləmi edir. Ancaq mən ümumiyyətlə hansısa partiyanı
dəstəkləmirəm ki, belə maraqları olsun. Daha artıq, mən utanaraq
deyirəm ki, müsabiqə iştirakçısı olaraq, baxmayaraq ətrafımda çox
ədalətsizlik baş verirdi yenə də susurdum. Şünki prinsipial qərarım
var idi və imtina etdikləri halda hesab edəcəkdim ki, həmin tənqidi
fəaliyyətimə görə məni bloka salıblat. Ancaq bu da istisnadır,
çünki mən prinsipli şəkildə fəaliyyətdən çəkinirdim və hesab
edirdim ki, o zaman olan planlarım daha əhəmiyyətli idi. Mənim
baxışlarımı dəstələsələr mənim üçün qəbul idi. Ancaq bir halda ki,
dəstəkləmədilər və planımın həyata keçirilməsini məqsədli hesab
etmədilər, o zaman nazirliyin nəyi əks etdirdiyini başa
düşdüm.”
Dmanisi teatrının bədii rəhbəri vəzifəsinə elan edilmiş müsabiqə 8
fevral tarixində ləğv olunub və həmin gün yeni bədii rəhbər təyin
olunub. Yeni bədii rəhbər nazirliyə, Dmanisi teatrının inkişafı
üçün 4 illik fəaliyyət planı təqdim etməyib. Çünki ona təyin edilmə
sərəncamından irəli gələrək qeyd olunan sənədi təqdim etmək üçün 1
aprelə qədər vaxt verilib. Mədəniyyət Nazirliyi 8 fevral tarixində
yeni bədii rəhbərin təyin olunması ilə bağlı məlumat yayımlayıb.
Ancaq məlumatda müsabiqənin niyə pozulması açıqlanmayıb.
“Dmanisi teatrının bədii rəhbəri seçilən zaman nazirlik nəzərə alıb
ki. teatrın daimi bərpa üçün ayrılmış binası, daim fəaliyyət
göstərən truppası və texniki personalı yoxdur. Təbii ki, qeyd
olunmuş problemlərin həlli dövlət tərəfindən teatra əlavə
investisiya ayrılmasını nəzərdə tutur. Teatrın sonrakı inkişafı
üçün həmin ivestisiyadan məqsədli istifadə etmək mühümdür. Belə
problemlər və çatışmzlıqlar şəraitində, ehtimal olunan risklərin
maksimum azaldılması mqəsədi ilə nazirlik hesab edib ki, Dmanisi
teatrına incəsənət, eləcə də büdcə təşkilatının idarəsi işində daha
təcrübəli şəxs rəhbərlik etsin. Belə namizəd olaraq isə rejissor
Qiorqi Sixarulidze hesab olunub. Qeyd etdiyimiz kimi iki, ən zəngin
yaradıcılıq ənənəsinin, geniş miqyaslı incəsənət təşkilatının
uzunillik idarəetmə təcrübəsinə malikdir”- nazirliyin
bəyanatında qeyd olunub.
Laşa Çxvimiani “Marneuli” radiosu ilə söhbəti zamanı bildirid ki,
nazirin müsabiqəni niyə ləğv etməsi ona aydın deyil.
“Bu gün, mənim əsas sualım da məhz budur ki, niyə baş verdi. Bu
suala cavab almaq üçün heç bir berketim yoxdur. Çünki bir neçə ay
əvvəl nazir müsabiqə qaydası maddəsini təsdiqlədi və bu qayda
tamamilə onlara uyğundur. Əgər indiyə kimi daxil olan bütün
ərzirələri peşəkarlar, teatrşünaslar müzakirə edirdi, sonra təyin
olunmaq üçün seçilmiş namizədi nazirə təqdim edirdilər və nazir
təyin edirdi. Nazir xanım elə dəyişiklik qəbul edib ki, ilk növbədə
özü həmin namizədləri müzakirə etməlidir. Daha sonra şuraya minimum
iki maksimum üç namizəd təqdim etməlidir. Sonra isə şura birini
seçməli, nazirə qaytarmalı və nazir təsdiq etməlidir. Nazirin hansı
meyarlarla bələdçilik etdiyi yazılmayıb. Nazirin qanunvericiliklə
hüququ var ki, namizəd meyarları qane etmirsə müsabiqə ümumiyyətlə
ləğv edilsin. Həmin meyarlar isə havadan asılı qalmış sözdür və
qeyd var ki, nazir onun təyin edilməsini məqsədyönlü hesab etmir.
Həmin “məqsədyönlülük” havadan asılı qalmış ifadədir ki, nazirə
birməanlı şəkildə, arqumentsiz fəaliyyət göstərmək imkanı
verir."
Laşa Çxvimianin bildirdi ki, qanuna əsasən proses ədalətli keçib.
Çünki nazir qanunu öz maraqların uyğunlaşdırırb. Baxmayaraq ki, o,
ədalətli şəkildə davanı davam etdirməyin mənasız olduğunu görür, o,
bildirir ki, nazirliyiə diskomfort yaratmağa mütlə cəhd göstərəcək
ki, strukturun daxilindəki sistematik səhvləri
ictimailəşdirsin.