Polis Tbilisi dənizi yaxınlığındakı binaların birində itaətkar dini
şəxsə qarşı zorakılıq edən şəxsi saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin Tbilisi İstintaq Baş İdarəsinin
əməkdaşları aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində
1987-ci il təvəllüdlü V.Q. saxlanılıb.
"O, zorakılığı təqibdə, habelə şəxsi həyatın sirrini
qanunsuz əldə etməkdə və sosial şəbəkələrdə yaymaqda ittiham
olunur.
İstintaq müəyyən edib ki, V.Q bu il fevralın 18-də Tbilisi dənizi
yaxınlığındakı binalardan birində R.M.-yə fiziki təzyiq
göstərib.
Zorakılığın görüntüləri daha sonra “Facebook” sosial şəbəkəsində
yayılıb”, - Daxili İşlər Nazirliyinin məlumatında
deyilir.
Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin A
bəndi, 157-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə zorakılıq yolu
ilə həyata keçirilən təqib, o cümlədən şəxsi həyatın sirrinin
qanunsuz əldə edilməsi və sosial şəbəkələr vasitəsilə yayılması
faktı araşdırılır.
Xatırladaq ki, ötən gün sosial şəbəkədə itaətkar dini şəxslərin
qarşıdurmasının videosu yayılıb. Gürcüstan Patriarxlığının
məlumatına görə, sosial şəbəkədə yayılan rahiblər arasında
qarşıdurmanın videogörüntülərində rahib kimi təqdim olunan
şəxslərin heç biri rahib deyil və onlar itaətkardırlar. Gürcüstan
Patriarxlığı qeyd edir ki, kilsə adına törədilən bu cür hərəkətlər
qətiyyən yolverilməzdir, xristianlığa zidd və əxlaqsızdır.