Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, 500-dən çox xarici həkim Ukraynaya gəlməyə və lazımi tibbi yardım göstərməyə hazırdır
500-dən çox xarici həkim Ukraynaya daxil olmağa və lazımi tibbi yardım göstərməyə hazırdır.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, 500-dən çox əcnəbi həkim nazirliyin saytında yerləşdirilən xüsusi qeydiyyat vərəqini doldurub.

Agentliyin məlumatına görə, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, İsveçrə, Türkiyə, Azərbaycan, İsrail, ABŞ, Kanada, Yeni Zelandiya, Cənubi Afrika Respublikası, Hindistan, İordaniya, Braziliya və digər ölkələrdən həkimlər, tibb bacıları və feldşerlər kömək etmək üçün arzularını bildiriblər.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, qeydiyyat forması gələcəkdə də dost ölkələrin tibb işçiləri üçün açıq olacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər