Ukrayna bəzi məhsulların ixracını dayandırıb
Ukrayna hökuməti bu ilin sonuna qədər çovdar, arpa, qarabaşaq yarması, darı, şəkər, duz və ətin ixracına qadağa qoyub.

Bu barədə qərarı Ukrayna Nazirlər Kabineti bu gün qəbul edib. Məlumatı Reuters yayıb.

Bununla belə, Rusiya mətbuatının məlumatına görə, Vladimir Putin 2022-ci ildə Rusiyadan bəzi məhsulların və xammalın ixracını və idxalını məhdudlaşdıran və ya qadağan edən sərəncam verib. Bu məhsulların siyahısı Rusiya hökuməti tərəfindən müəyyən edilməlidir.

Hökumət iki gün ərzində bu qərardan təsirlənən ölkələrin siyahısını da tərtib etməlidir.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər