Aclıq aksiyasını dayandırıram - Mixeil Saakaşvili
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırır. O, bu barədə bu gün, martın 10-da saat 2:37-də Facebook səhifəsində yazıb. Saakaşvilinin yazdığına görə, o, 20 gündür aclıq aksiyası keçirir.

“Hadisələr illər əvvəl proqnozlaşdırdığım kimi cərəyan edir. Rusiya imperiyası mənim sevimli şəhərim Kiyevin kənarında ömrünün son dövrünü yaşayır. Ali Baş Komandan Vladimir Zelenskinin rəhbərlik etdiyi qəhrəman Ukrayna xalqı bu epoxal müharibədə qalib gəlir.

Dünya gözümüzün qabağında dəyişir. Kiyev Gürcüstan üçün yeni Konstantinopoldur və indi də azad dünyanın paytaxtıdır və o, şübhəsiz ki, davam edəcəkdir.

Bu vəziyyətdə bizə heç vaxt olmadığı kimi birlik və hazırlıq lazımdır. Həqiqət anı gələndə mənim üçün Suxuminin sülh yolu ilə qayıtması yolu Kiyevdən keçir, Gürcüstanın azadlığı və çiçəklənməsi Kiyevdən keçir.
İndi zəifləmək yox, güc toplamaq lazımdır ki, bu da tezliklə bizim üçün çox faydalı olacaq. Bu mənə də aiddir.

Mən 2014-cü ildən Ukraynanı müdafiə edən, çox fəxr etdiyim və dostluq etdiyim gürcü döyüşçülərindən məktub aldım. Məndən aclığı dayandırmağı və mümkün qədər tez tam qüvvə ilə mübarizəyə qoşulmağımı xahiş edirlər. Eyni xahiş mənim daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir.

Ona görə də 20-ci gün aclıq aksiyasını dayandıracağam. İndi bizə sağlam düşüncə, sağlamlıq və tam səfərbərlik, zəiflik əvəzinə güc lazımdır. Biz qələbəni tam hazırlıqla qarşılamalıyıq",
- Saakaşvili yazıb.

Aclıq aksiyası bitməzdən əvvəl Radanın deputatı Liza Yasko Gürcüstan prezidenti Salome Zurabişviliyə və Gürcüstan hökumətinə müraciət edib. Yasko Gürcüstandan Saakaşvilini Ukraynaya qaytarmağı xahiş edir.

“Onun yeri həqiqətən Ukrayna xalqının yanındadır. Və bu döyüşdə biz onun üçün çox darıxırıq”, – Liza İasko Facebook-da yazıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər