Bizə təhlükəsizlik üçün NATO-ya üzv olmaq lazımdır Rusiya ilə müharibədə qalib gəlməyəcəyik - Zurabişvili
Gürcüstan prezidenti Salome Zurabişvili DW-yə müsahibəsində bildirib ki, Gürcüstanın təhlükəsizliyinin təminatı onun NATO və Avropa İttifaqına üzv olmasıdır.

Zurabişvili qeyd edib ki, ölkə bu təhlükəsizlik zəmanətlərini müharibə yolu ilə əldə edə bilməyəcək, çünki Gürcüstan prezidenti ölkəsinin Rusiya ilə müharibədə heç vaxt qalib gələ bilməyəcəyini deyir:

“Bizə həqiqətən ehtiyac duyduğumuz şey NATO və Avropa Birliyinə qoşulmaq üçün sürətli və qısa yoldur, çünki bu, təhlükəsizliyimiz üçün vacibdir. Müharibə belə təhlükəsizliyi təmin edə bilməz, çünki biz Rusiya ilə müharibədə qalib gələ bilməyəcəyik”, - deyə Salome Zurabişvili bildirib.

Fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb və həm hərbi obyektlərə, həm də mülki şəxslərə hücum edib. Artıq müharibədə minlərlə dinc ukraynalı həlak olub, milyonlarla insan ev-eşiyindən didərgin düşüb, Ukraynanın bir sıra şəhərləri yerlə-yeksan edilib. Döyüşlər bu günə qədər Ukraynanın cənub-şərq vilayətlərində davam edir, ölkənin digər hissələri vaxtaşırı bombalanır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər