“Empati” həkimləri bu gün Gürcüstanın üçüncü prezidenti Mixeil
Saakaşvilini “Vivamedi” klinikasında ziyarət edəcəklər.
Mixeil Saakaşvilinin hüquq müdafiəçisi Şota Tutberidzenin dünən
verdiyi məlumata görə, Saakaşvilinin vəkillərinə Empati Mərkəzinin
tibbi ekspertlərinin Mixeil Saakaşviliyə baş çəkməsinə icazə verən
məhkəmə qərarı verilib.
Vəkilin sözlərinə görə, Mixeil Saakaşvili ekspertləri gözləyir və
ekspertizada iştirak etməyə hazırdır.
Xatırladaq ki, hakim Nino Çaxnaşvili mayın 25-də bir qrup ekspertin
Mixeil Saakaşviliyə baş çəkməsinə icazə verilməsi ilə bağlı müdafiə
tərəfinin vəsatətini təmin edib.