Marneuli uşaq bağçaları üçün oyuncaqların alınmasına 61 738 lari xərclənib
Marneuli Uşaq Bağçaları Birliyi bağçalar üçün oyuncaqların alınmasına 61 738 lari xərcləyib. Bələdiyyənin uşaq bağçalarını 42 növ oyuncaqla tenderdə qalib gəlmiş şirkət “Çika” MMC təmin edib.

Oyuncaqlar arasında loto, heyvan şəkillərindən ibarət dəst, ağacdan rəngli qurğular, tapmaca-şəkillər, kukla və maşınlar var. Oyuncaqların əksəriyyəti Çin və Türkiyə istehsalıdır. “Çika” MMC bələdiyyəyə Rusiya istehsalı olan oyuncaqlar da gətirib və uşaq bağçalarına paylayıb. Məsələn, plastilin və quaş istehsal edən ölkələr arasında məhz Rusiya da qeyd olunub.

Tenderə görə, bütün əşyalar qeyri-toksik materialdan hazırlanmalıdır, tərkibində zərərli maddələr olmamalıdır.

Sənədə əsasən, təqdim edən şəxsi vəsaiti ilə əşyaları Marneulinin Məktəbəqədər Təhsil Müəssisələrinə çatdırmalı idi.

Bələdiyyə miqyasında ümumilikdə 14 uşaq bağçası var. Onlardan ikisində aparılan təmir işlərinə görə, təhsil prosesi dayandırılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər