Marneulinin iki kəndində yolların salınması üçün 661 821 lari dəyərində tender elan edilib
Marneuli yerli özünüidarəsi iki kənddə yollara asfalt qatının çəkilməsi ilə bağlı tender elan edib.

Marneuli meriyası Baydar və Mollaoğlu kəndinlərində daxili yollara asfalt qatının çəkilməsini planlaşdırır.

"Layihə obyekti Kvemo Kartlidə, Marneuli bələdiyyəsində yerləşir. Layihədə Baydar kəndində daxili yollara asfalt qatının çəkilməsi nəzərdə tutulur. Ümumilikdə, layihədə dörd yol var. Yolların hər iki tərəfi əkin sahələridir. Obyektdə beton, dəmir borular qeydə alınır. Həmin boruların sökülməsi və onların əvəzinə beton arxın quraşdırılması nəzərdə tutulub. Həyətdə girişlərin yanında sement borular var və onlar da beton arxlarla dəyişdiriləcək. Layihədəki obyekt Kvemo Kartlidə, Marneuli bələdiyyəsində yerləşir. Layihədə Mollaoğlu kəndində yola asfalt qatının çəkilməsi planlaşdırılır. Həmin yol kəndin daxili yoludur. Obyektdə sıradan çıxmış asfalt yol, oyuqlar var və yağış yağan zaman su ilə dolur. Uzununa və eninə profillər pozulub. Yağışlı havalarda yolda hərəkət etmək piyadalara, eləcə də nəqliyyat vasitəsi sürücülərinə narahatlıq yaradır",
– Baydar və Mollaoğlu yollarına asfalt qatının çəkilməsi ilə bağlı tenderdə qeyd olunub.

Marneuli meriyası iki kəndin yollarına asfalt qatının çəkilməsi üçün 661821 lari xərcləməyi planlaşdırır. Özünüidarə tenderi 6 yanvar tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 22 yanvardan 27 yanvara qədər təkliflərini təqdim edə bilərlər.

Tenderdə qalib gələn şirkət müqavilə bağlandıqdan sonra 60 gün ərzində işləri yerinə yetirməli olacaq.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər