13 iyul tarixində, Marneuli Mədəniyyət Evində yeni, “Aisia”
tamaşasının qapalı nümayişi baş tutub.

Marneuli Mədəniyyət Mərkəzi kukla tamaşasını Niderland səfirliyinin
maliyyə dəstəyi və əməkdaşlığı ilə nümayiş etdirib. Tamaşada
Niderlandın Gürcüstandakı səfiri Maaike Van Koldam iştirak edib. O,
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, kukla
tamaşasında çox mühüm ideya var idi.
“Niderlandın Gürcüstandakı səfiri olaraq Marneulidə dəfələrlə
olmuşam və burada Gürcüstanın müxtəlif etnoslarının birlikdə
yaşamasını çox bəyənirəm. Mən Armen Hovanesyanın kukla nümayişini
əvvəl də görmüşdüm və düşünürəm ki, o, çox bacarıqlı sənətkardır.
Çox xoşbəxtəm ki, bu nümayişə dəstək olmaq imkanımız oldu. Tamaşa
tolerantlıq, başqalarının mədəniyyətini dərk etmək, bir-biri ilə
sülh içində yanaşı yaşamaqla bağlıdır. Eləcə də nümayişin yalnız
şəhər mərkəzində deyil, həm də Marneuli bələdiyyəsinin müxtəlif
kəndlərində baş tutacağı çox xoşuma gəldi. Xoşbəxtəm ki, Niderland
səfirliyi bunların hamısına dəstək olub”.

Mədəniyyət Mərkəzinin rəhbəri Nato Şavişvilinin sözlərinə görə,
tamaşanın kəndlərdə nümayiş etdirilməsi də planlaşdırılır. O, güman
edir ki, Marneuli bələdiyyəsinin müxtəlif kəndlərində payızdan
nümayişlərə başlanılacaq.
“Siz “Aisia” tamaşasını izlədiniz. Tamaşa Mədəniyyət
Mərkəzi və Niderland səfirliyinin birgə layihəsi çərçivəsində
hazırlanıb. Düşünürük ki, tamaşanın özünün əvvəl mühüm ideyası var
idi və bu ideya tamaşa vasitəsi ilə ötürülürdü. Gördüyünüz kimi, bu
tamaşa 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub. Tamaşa
Marneuli Mədəniyyət Evində daha iki gün ərzində nümayiş
etdiriləcək”.

Tamaşanın rejissoru və rəssamı Tato Qeliaşvilidir. Pyes üzərində
Tamta Tabatadze və Tato Qelaşvili işləyiblər. Tamaşanın
marionetlərini isə Armen Hovanesyan düzəldib.

“Aisia” tamaşası 14-16 iyul tarixində Marneuli Mədəniyyət
Mərkəzində, saat 15:00-da baş tutacaq.
Tamaşa 6-12 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub.
Tamaşada iştirak sərbəstdir. Qeydiyyat üçün zəng vurun: 577 961
872