Marneuli şəhərinin Rustaveli küçəsində Durmuşxan Mağalaşvili adına
körpünün bərpa işləri aparılır.

Bərpa işləri çərçivəsində avtomobillərin hərəkəti
məhdudlaşdırılmayıb. Körpünün bərpası üçün elan edilmiş tenderdə
qalib gəlmiş “İrlani” MMC şirkəti işləri 1 878 333 lariyə həyata
keçirir.
Körpünün bərpası layihəsinə görə, körpü və körpünün altındakı
infrastrukturun qaydaya salınması planlaşdırılıb.

Mövcud işıq dirəklərinin və məhəccərlərin, körpünün hərəkət
hissəsindən dəfələrlə tökülmüş
asfalt-beton qatının sökülməsi,
səkidə mozaika daşlarının quraşdırılması nəzərdə tutulub. Mövcud
sıradan çıxmış səki ilə bağlı layihədə polad məhəccərlərin
boyanması nəzərə alınıb. Estakadada drenaj sisteminin
quraşdırılması nəzərdə tutulub.

Layihəyə görə, körpünün altındakı infrastrukturun qaydaya
salınması, yolun 4,50 metrə qədər genişləndirilməsi planlaşdırılır.
Yolun bir tərəfindən piyadalar üçün səki düzəldiləcək. Qeyd
olunanlardan əlavə, layihə ilə dəmiryolu keçidində piyadalar üçün
xüsusi daşların düzülməsi nəzərdə tutulub.
