Temur Abazovun ailə üzvlərini təhqir edən vətəndaş polisə aparılıb
Ötən gün 11 iyun tarixində facebook sosial şəbəkəsində Marneuli sakini Elçin Allahverdiyevə aid videomaterial yayımlandı. Videoda o, Marneuli bələdiyyəsinin meri Temur Abazovun ailə üzvlərini təhqir edirdi.

Videonu dünən kifayət qədər çox adam izlədi və paylaşdı., lakin bu gün video sosial şəbəkədən qaldırılıb. Elə dünən Marneuli sakininin həmin hərəkətlərinə görə üzr istədiyi ikinci videomaterial yayımlandı.

“Marneuli” radiosunun məlumatına görə, Elçin Allahverdiyev hal-hazırda polis idarəsindədir. Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, o, polis idarəsinə bir məsələ ilə bağlı şahid qismində çağırılıb. Lakin konkret hansı məsələ olduğu barədə məlumat verilmir.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər