Abazov saxlanıldığına görə merin səlahiyyətlərini güman ki, Zaur Tabatadze yerinə yetirəcək

Marneuli meri Temur Abazovun saxlanılmasından sonra onun səlahiyyətlərini güman ki, birinci müavini Zaur Tabatadze icra edəcək.


Zaur Tabatadze bizimlə söhbətində bildirdi ki, qanunvericiliyə əsasən merin olmadığı zamanlar onun səlahiyyətlərini məhz o yerinə yetirməlidir.

Marneuli merinin birinci müavini onu da qeyd etdi ki, o, hələlik merin müavini vəzifəsindədir və merin səlahiyyətlərini nə zaman, hansı qaydada təhvil alacağı məlum deyil. O, əlavə sualın olması halında sualların məktubla ünvanlanmasını tələb etdi.

"Marneuli" radiosu

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər