Vəkil: Abazov ittihamı qəbul etmir və mübarizə üçün hazırdır

Marneuli meri Temur Abazova qarşı bu gün rəsmi olaraq ittiham irəli sürüldü.


Temur Abazovun vəkili Qoqi Mosiaşvilinin "Marneuli" radiosuna verdiyi məlumata görə, Abazov ona qarşı irəli sürülən ittihamları rədd edir və hüquqi mübarizəsini davam etdirməyə hazırdır.

"Cənab temur irəli sürülən ittihamları qəbul etmir. O, heç bir qanunsuz işə qarışmayıb və hüquqi mübarizəyə hazırdır. Cənab Temura yönəlmiş hər hansı bir təxribat da istisna deyil. Buna görə də, müdafiə də gücləndirilib və o, günahsız olduğunu isbat etməyə çalışır. O, bunu həm Marneulidən olan seçiciləri, həm də ictimaiyyətə sübut etmək istəyir", - deyə Qaqi Mosiaşvili bildirib.

Xatırladırıq ki, Temur Abazov ötən gün, 13 iyun tarixində saxlanılıb. Ona qarşı Cinayət Məcələsinin 144-cü maddəsinin 3-cü prima bəndi ilə istintaq işi başlayıb ki, bu da alçaldıcı və qeyri-insani rəftarı nəzərdə tutur. Məsələni prokurorluq araşdırır.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər