"Marneuli" radiosunun yayımladığı xəbərdən sonra meriyanın elektron poçtunun fəaliyyəti bərpa olunub

Marneuli meriyasının elektron poçtunun fəaliyyəti bərpa olunub. Bu haqda Marneuli bələdiyyəsinin PR və Məlumat şöbəsinin rəhbəri Mariam Xaçidze məlumat verdi.


Mariam Xaçidzenin dediyinə görə, meriyanın elektron poçtunun fəaliyyəti ötən gün axşam saatlarında bərpa olunub.

19 iyun tarixində “Marneuli” rfadiosu tərəfindən yayımlanmış xəbərdə meriyanın elektron poçtunun işləməməsi, müvafiq olaraq da sakinlər bələdiyyəyə elektron poçt vasitəsilə müraciət edə bilməməsi haqda məlumat vermişdik.

Meriyada “Marneuli” radiosunun jurnalistlərinin ictimai məlumatın tələb olunduğu məktubları da qeydiyyata alınmamışdı.

Qeyd etmək lazımdır ki, elektron poçtun işləməməsi ilə bağlı Marneuli meriyası heç bir məlumat yayımlamamışdı.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər