Marneulidə könüllülər forumu keçirildi

Kvemo Kartlidə yaşayan gənclər Marneulidə keçirilmiş könüllülük forumu vasitəsilə müxtəlif qeyri hökumət təşkilatları ilə yaxınlaşma imkanı verildi.


Könüllülük forumu Marneulidə bu gün 21 iyun tarixində keçirildi. Forumda 15 nəfər qeyri hökumət təşkilatı və 100-dən artıq könüllü iştirak edirdi.

“Mülki Cəmiyyətin İnkişafı Təşəbbüsü” layihəsinin koordinatoru Səbinə Babazadənin bildirdiyinə görə, forumun məmqsədi Gürcüstanda mülki cəmiyyət mühitinin yaxşılaşdırılmasıdır.

“Gürcüstanda könüllülüyü təşviq edək, Kvemo Kartlidə bu layihə yeddi bələdiyyədə keçirilir ki, bələdiyyədə olan təşkilatlar öz təşkilatlarına könüllüləri qəbul etsinlər və onların inkişafına yardımçı olsunlar”
– deyə Səbinə Babazadə bildirdi.



Səbinə Babazadənin dediyinə görə, forumun məqsədlərindən biri də təşkilatların gücləndirilməsi, onların vətəndaşlar qarşısında hesabat məsuliyyətinin artırılması və digər iştirakçılarla əlaqələrin möhkəmləndirilməsidir.

Forumda Marneuli, Rustavi, Tsalka, Bolnisi, dmanisi və Tetritskaroda fəaliyyət göstərən təşkilatlar iştirak edirdilər və könüllülərə onlar üçün müvafiq istiqamət və bölgə seçmək imkan verilirdi.

“Marneuli Demokrat Qadınlar Cəmiyyəti” gənc iqtisadçılar, aqronomlar və biznes menecerlərə öz təşkilatlarında könüllülük etməyi təklif edir. Bu haqda bizə “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”nin sədri Olqa Endeladze məlumat verdi.

“Yerli istehsalçılar üçün biznes planların hazırlanmasında iştirak edə bilərlər ki, kənd təsərrüfatı biznesinin inkişafına dəstək olan başqa dövlət təşkilatlarında da iştirak edə bilsinlər” – deyə Olqa Endeladze bildirdi.



Rustavi Beynəlxalq Skaut Mərkəzi könüllülərə onların qeyri-rəsmi təhsilə istiqamətlənmiş fəaliyyətlərinə qoşulmağı təklif edirdi. Rustavi Beynəlxalq Skaut Mərkəzinin layihələr üzrə koordinatoru Tea Kekua bildirdi ki, onların təşkilatının çoxtərəfli istiqamətləri var ki, bu da gənclər üçün maraqlı ola bilər.

“Əgər kiminsə turizm istiqamətində arzusu varsa və bu sahədə təcrübə qazanmaq istəyirsə, deyə bilərik ki, bizə müxtəlif ölkələrdən gənclər gəlir və müxtəlif mübadilə layihələri təşkil olunur, bunun vasitəsilə də gənclərin turizm xidməti sahəsində öz imkanlarını inkişaf etdirmək üçün müxtəlif əlaqələr qurmaq imkanları olur” – deyə Tea Kekua bildirdi.



Könüllülər forumu Kvemo Kartli Bölgə Şəbəkəsi tərəfindən Təhsilin İnkişafı və İşlə Təminat Mərkəzinin (EDEC) dəstəyi ilə “Mülki Cəmiyyətin İnkişafı Təşəbbüsü” layihəsi (2017-2020) çərçivəsində təşkil olunmuşdu.

Layihə Avropa İttifaqı və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Federal Nazirliyi tərəfindən maliyyələşir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər