Uşaq bağçalarına uşaqların qeydiyyatı 30 iyunda bitir

Marneulidə uşaq bağçalarına qeydiyyat üç həftədir ki, artıq başlayıb. Qeydiyyat 1 iyun tarixindən 30 iyun tarixinə kimi davam edəcək.

Bu haqda Marneuli Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov məlumat verdi. Onun sözlərinə görə, qeydiyyat davam etdiyinə görə, bağçalara indiyədək nə qədər uşağın qeydiyyatdan keçdiyi haqda dəqiq say demək çətindir. O, gələcək planları haqda da məlumat verdi.



Zaur Kərəmov onu da əlavə etdi ki, Alget və Sadaxlı kəndlərində olan bağçaların açılışını planlaşdırırlar. İstifadəyə hazır olan bağçaların açılışının gecikməsinə səbəb içməli suyun olmamasıdır. Bu məsələlər öz həllini tapdıqdan sonra bağçanın açılışını həyata keçirəcəklər. Açılış nə zamana planlaşdırıldığı haqda isə dəqiq məlumat vermək çətindir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər