Jurnalistləri məktəbə nə üçün buraxmırlar: "Bir çox direktor öz səlahiyyətlərini və vəzifələrini bilmir" - Olqa Endeladze

Bir neçə gün əvvəl “Marneuli” radiosunun yayımladığı videomaterialda “Tbilisi İnsan Hüquqları Evi” layihəsi çərçivəsində iş zamanı jurnalist və Marneuli bələdiyyəsinin İmir kəndi ictimai məktəbinin direktoru arasında qarşıdurma olduğu aydın olmuşdu.


Direktor jurnalistə məkdəbə girməyə və məktəbin vəziyyəti ilə bağlı çəkiliş aparmağa icazə verməmişdi. Demək olar ki, bu direktor tərəfindən ilk belə qadağa deyil. Marneulili jurnalistlər və qeyri-hökumət sektorunun nümayəndələri öz peşə fəaliyyətlərini yerinə yetirərkən dəfələrlə maneə ilə qarşılaşıblar, belə ki, təhsil müəssisəsinin rəhbəri məktəbə daxil olmağa icazə verməyib.

Marneulinin Çanaxçı kəndinə getmiş jurnalist Naniko Sisvadze də eyni aqibətlə qarşılaşıb. Məsələdən Gürcüstan Elm və Təhsil Nazirliyi, həmçinin yerli Təhsil Resurs Mərkəzinin xəbəri olub, lakin məktəbə gedərkən yenidən Elm və Təhsil Nazirliyi, həmçinin yerli Təhsil Resurs Mərkəzinin xəbərinin olmasını sübut etməli olub.

“Çanaxçı kəndində sənədli film çəkirdim. Bu birdəfəlik çəkiliş deyildi, bir neçə dəfə o kəndə getməli idim. Film üçün kadrlar çəkməli idim. Filmin qəhrəmanı Çanaxçı məktəbində işləyir. İki dəfə getdikdən sonra məktəb direktoru çəkiliş etməyə icazə vermədi. Məktəbdə dərs prosesini, müəllimlər otağında digər müəllimlərlə münasibətini çəkmək istəyirdim. Buna qəti şəkildə etiraz etdi. Mən ora getdikdən sonra bir neçə dəfə başqa mətbuat vasitələri də gedib və kəndin problemləri ilə birgə, məktəbin problemlərini də işıqlandırıblar. Bildiyimə görə, bununla bağlı məktəb direktoru üçün yerli Təhsil Resur Mərkəzindən problem yaranıb. Yəni deyirlər ki, məktəbin müəllimləri niyə problemlər haqqında danışır. Fikrimcə məhz buna görə də məktəb direktoru çəkilişə icazə vermədi” – deyə Naniko Sisvadze bildirdi.



“Gender Bərabərliyi Naminə Jurnalistlər Şəbəkəsi” təşkilatının Kvemo Kartli nümayəndəsi Samirə Bayramova da belə problemlə qarşılaşıb. Onun da qeyri-hökumət təşkilatı nümayəndəsi kimi məktəbə girişinə icazə verilməyib.

“Məktəbdə tədbir keçirəndə, və yaxud hanısısa görüşə dəvət edəndə öz iradələri ilə gəlmirlər. Ya Resurs-Mərkəzə zəng vurmalıyıq, ya nazirlikdən arayış gətirməliyik. Nazirlik məktəblərin müstəqil olduğunu və müstəqil qərar verə biləcəyini deyir. Ancaq bir çox məktəbin direktoru bilmir ki, müstəqildirlər, heç kəsdən asılı deyillər. Nə etməli, hansı qərar qəbul etməli olduqları baxımından sərbəstdirlər” – deyə Samirə Bayramova bildirdi.



“Demokrat Qadınlar Cəmiyyəti” təşkilatının sədri Olqa Endeladze deyir ki, Gürcüstan Elm və Təhsil Nazirliyində də razılaşırlar ki, məktəbə girməyə icazə verib-verməmək direktordan asılıdır, lakin icazə verilmədiyi təqdirdə bunun əsası da olmalıdır.

Kənar şəxsin məktəbə daxil olmasına nə üçün icazə verilmədiyi əsaslandırılmalıdır. Endeladze hesab edir ki, direktorların belə hərəkəti onların səlahiyyətlərini tam bilməmələrindən irəli gəlir və buna görə də tez-tez qeyri-hökumət təşkilatları və jurnalistlər üçün problemlər yaranır.

“Mən əminəm ki, bizdə mövcud olan reallıq oradan irəli gəlir ki, bizim direktorlar öz səlahiyyətlərini, öz vəzifələrini, öz imkanlarını bilmirlər. Ya nazirlikdə, ya da Resurs Mərkəzdən razılıq gözləyirlər. Qorxu amili də var. Birincisi bir çox direktor öz səlahiyyətlərini və vəzifələrini bilmirlə, ikinci qorxu amili də odur ki, mətbuatla, təşkilatlarla əməkdaşlıq və ünsiyyət bacarıqları yoxdur. İnsan bilmirsə, təbii ki, qoruxsu da olur” – deyə Olqa Endeladze bildirdi.



Qeyd edək ki, qərar qəbul etmək hüququ məktəb direktorlarına aiddir. Lakin bir çox halda yerli Resurs Mərkəzdən və ya Gürcüstan Elm və Təhsil Nazirliyindən icazə istəyirlər.
Bununla belə yerli Resurs Mərkəzdən də bildirirlər ki, məktəbin özünün qərar qəbul etmək hüququ var. Bu kimi qarşıdurmaların yaranmasını isə standart olaraq dərs prosesinə mane olma ilə əlaqələndirirlər.


“Tbilisi İnsan Hüquqları Evi” layihəsi çərçivəsində işlər zamanı jurnalist və Marneuli bələdiyyəsi İmir ictimai məktəbinin direktoru arasında qarşıdurma yaranıb. Jurnalsit İmir məktəbində çəkiliş aparmaq üçün gəlib, lakin məktəb direktoru buna icazə verməyib.

Bu isə mübahisəyə səbəb olub. İnsidentlə bağlı videomaterialdan aydın olur ki, jurnalistə qarşı aqressiya yalnız məktəb direktoru tərəfindən deyil, eyni zamanda digər şəxslər tərəfindən də olub. Məktəbin əməkdaşı olduğu ehtimal edilən bir şəxs jurnalisti təhqir edir və hədələyir.



İmir məktəbinin direktoru İsmixan Məmmədovun “Marneuli” Radiosuna dediyinə görə, jurnalistlər icazə alanadək artıq çəkilişə başlayıblarmış. Lakin direktor onların kim olduqlarını soruşduqdan sonra onlar özlərini təqdim ediblər və deyiblər ki, Azərbaycandandırlar və məktəbdə çəkiliş aparmaq istəyirlər.

“Soruşdular ki, niyə istəmirsiniz yeni məktəb tiksinlər? Mən də soruşdum ki, siz tikməyi planlaşdırırsınız? Və dedim ki, nazirlikdə məktəbin vəziyyəti ilə bağlı məlumat var və yəqin ki, məktəbi təmir edəcəklər. Ddüzünü deyim, çəkilişə icazə vermədim. Hardan gəliblər? Kim göndərib? Nazirliyin xəbəri var? Əgər bilirlərsə, o zaman sənədləri göstərin dedim. Jurnalistlərin dedikləri yalandır”, - deyə məktəb direktoru bildirdi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər