Yeni tender şərtlərinə görə, sığınacağa aparılacaq itlərin sayı 115, məbləği isə 4249 lari artıb

Marneuli meriyası bələdiyyənin ərazisində nəzarətsiz qalmış itlərin sığınacağa aparılması üçün 16 949 lari dəyərində tender elan edib.

Marneuli bələdiyyəsi qeyd olunan növ tenderi artıq ikinci dəfədir elan edir.

Birinci dəfə tenderdə fərdi I stehsalçı Giorgi Mağlaperidze qalib gəlib. O, 125-ə qədər iti Ozurgeti sığınacağına aparırdı və müvafiq prosedurlardan sonra onların müəyyən qədərini yenə də geri gətirirdi

21 iyun tarixində elan edilmiş tenderdə şərtlər demək olar ki, keçən tenderdəki kimidir. Fərq yalnız itlərin sayında və tenderin dəyərindədir.

Birinci tender 127 itin sığıanacağa aparılması üçün elan olunmuşdu və meriya bunun üçün 12 065 lari xərcləyib.

Yeni tender 242 itin sığınacağa aparılması üçün elan olunub. Tender təklifinin dəyəri isə 16 949 larini təşkil edir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər