Marneulili iki gəncin "Gürcüstan Könüllüsü" olmaq imkanı var

“Gürcüstan Könüllüsü” layihəsinə 16 yaşdan 25 yaşadək gənc könüllülərin qəbulu başlanır.

Müsabiqə Gürcüstanın 64 bəldiyyəsi və Tbilisi şəhərində elan olunub. Hər bir bələdiyyədən 2 nəfər seçiləcək. Müsabiqənin birinci mərhələsində 6 iyun tarixindən 3 iyuladək arzu edənlər youth.indygo.ge ünvanında müraciət formasını doldurmalıdırlar.

Birinci mərhələni keçdikdən sonra müsabiqə iştirakçıları müsahibədən keçməlidirlər və bundan sonra iki nəfər seçilir. Onlar 5 gün ərzində hazırlıq təlim-seminarında iştirak edirlər və könüllü status alırlar.

Proqramda iştirak edən Gürcüstan könüllüləri hazırlıq keçdikdən sonra öz bələdiyyələrində könüllülər klubunun yaradılması, ətraf mühitin mühafizəsi tədbirləri, xeyriyyə fəaliyyətləri – müxtəlif ehtiyacı olan insanlara yardım, sosial fəaliyyətlər, filmlərin göstərilməsi, xarici dil kurslarının təşkil olunması, sağlam həyat tərzinin təbliğ olunması (idman yarışları, marafonlar), fiziki qüsuru olan şəxslərin cəmiyyətə inteqrasiyası, xüsusi günlərin qeyd olunması, yaradıcılıq gecələrinin keçirilməsi, tanınmış şəxslərlə görüş və s. kimi tədbirləri həyata keçirirlər.

“Gürcüstan Könüllüsü” layihəsini Gürcüstan Təhsil və Elm nazirliyi həyata keçirir və layihənin məqsədi könüllülük institutunun milli səviyyədə inkişafıdır.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər