Axlı Mahmudlu kəndinin otlaq sahələri sakinlərin xəbəri olmadan satılıb
Marneuli bələdiyyəsinin Axlımahmudlu kəndinin sakinləri mal-qaralarının otarılması üçün otlaq sahəsinin olmaması problemindən şikayət edirlər. Marneuli kəndlərinin əksəriyyətində olduğu kimi Axlımahmudlu kəndinin sakinləri də heyvandarlıq və kənd təsərüffatı ilə məşğuldurlar.

Axlımahmudlu kəndi Debet çayı sahilində yerləşir. Debet çayının sahilində, kənd ərazisi yaxınlığında isə böyük əraziyə malik olan karxana və zavod yerləşir. Həmin zavod “Qtsia” MMC-yə aiddir. Zavodda yol çəkmək üçün materiallar var.

Kəndin daxili yollarına yaxın ərazilərə qədər isə karxanaya və zavoda aid olan çınqıl və materiallarla əhatə olunub. Sakinlərin sözlərinə görə, əvvəllər onlar mal-qaralarını karxananın ətrafında yerləşən boş sahələrdə, cala deyilən ərazidə və dəmir yolunun ətraf ərazisində otarırdılar.

Onların sözlərinə görə, həmin vaxtlar o torpaq sahələri kəndlilərə aid olub. Sonra isə onların xəbəri olmadan həmin torpaq sahələri satılıb.



Kənd sakinləri Marneuli meriyasına ərizə ilə müraciət ediblər ki, torpaq sahələrinin qanunsuz satılması ilə bağlı ölçü götürülsün. Ancaq meriyanın məktubundan müəyyən olur ki, qeyd olunan ərazi MMC “Qtsia”nın mülkünə daxildir.

Kənd sakinlərinin sözlərinə görə onların mövcud vəziyyətlə bağlı məlumatı olmayıb. Kənd sakinləri onların xəbəri olmadan torpaqların satılmasına etiraz edirlər. İndi məcburdurlar ki, öz mal-qaralarını magistral yolda otarmağa aparsınlar.

"Qtsia" Məhdud Məsuliyyəti Cəmiyyətdir və indiyə kimi 41 tenderdə iştirak edib. Ondan yalnız 32%-ni qazanıb və Marneuli Bələdiyyəsində yolların bərpa işində tez-tez iştirak edir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər