Marneuli uşaq bağçalarına qeydiyyatdan keçmiş uşaqların sayı boş yerlərdən artıqdır

Marneuli Bələdiyyəsidə 1, 3 və 4 nömrəli uşaq bağçalarında indiyə kimi 514 uşaq qeydiyyatdan keçib. İsətəyi olanların sayı çoxdur, ancaq yerlər məhduddur.

Bizimlə söhbət zamanı uşaq bağçaları birliyinin rəhbəri Zaur Kərəmovun bildirdiyinə görə Marneulidə cəmi üç uşaq bağçası var və bundan Marneuli 1 nömrəli uşaq bağçasında hal-hazırda 105 uşaq qeydiyyatdan keçib və 50 boş yerləri var. 3 nömrəli bağçada 247 uaq qeydiyyatdan keçib 125 boş yer var və 4 nömrəli uşaq bağçasında 162 uşaq qeydiyyatdan keçib 80 boş yerləri var.

Mövcud olan say bağçalarda qeydiyyatın bitməməsinə görə arta bilər və uşaqların qeydiyyat olması üçün daha 4 gün var. Kərəmovun dediyinə görə istəyi olanların sayı olduqca çoxdur və yeganə alternativ Algeti bağçasıdır. Bağça hələ açılmayıb və sentyabrda açıldığı halda Algetidən çox uşaq gətirirlər və uşaqların sayı o zaman azala bilər.

Zaur Kərəmovun dediyinə görə uşaq bağçalarında qeydiyyatla bağlı kəndlərdə müqayisədə vəziyyət yaxşıdır ancaq rəsmi göstəricilər qeydiyyat bitdikdən sonra məlum olacaq.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər