Şaumiyan kəndinin 1 saylı ictimai məktəbinin 11-ci sinif şagirdi intellekt-çempionatı "Etalon"un finalında 2-ci yeri tutub
Marneuli bələdiyyəsinin Şaumiyani kəndinin N1 ictimai məktəbinin 11-ci sinif şagirdi Milena Adamian intellekt-çempionatı "Etalon"un finalında 2-ci yeri qazanıb.
Birinci yerin sahibi isə "Didubenin etalon şagirdi" Tbilisinin 155 saylı ictimai məktəbinin 8-ci sinif şagirdi Lazare Bedukadze olub.

Marneuli radiosuna Şaumiyani bir saylı ictimai məktəbinin direktorunun görə Mileanın qələbəsi çox sevindiricidir. Bunların hamısı isə pedaqoqların sayəsində baş verir. Milena Adamia da öz təəssüratlarını bizimlə paylaşdı. Qeyd etdi ki, Etalonla böyük təcrübə əldə edib və artıq abituriyentlil üçün hazırlaşır və ümid edir ki, universitetə də uğurla qəbul olacaq. Hələ fakültə seçməyib. Ancaq təhsilini İvane Cavaxişvili adına Universitetdə davam etdirmək istəyir.

"Çox şadam ki, etalon müsabiqəsində iştirak etdim. Bu müsabiqə böyük uğur idi. bu şagirdin biliyinin qiymətləndirilməsi layihəsidir. Mən ikinci yeri tutdum, lakin birinci yeri tutmuş şagirdin uğuruna da sevinirəm"
- deyə Milena Adamia bildirdi.



Layihənin məqsədi təhsilə dəstək olmaq və populyarlaşdırmaq, pedaqoqların və şagirdlərin kəşf edilməsi-həvəsləndirilməsidir. Uğura isyiqamətlənmiş gənclərin - şagirdlərin, onların valideynlərinin və pedaqoqların daha da motivasiya edilməsidir.

Bu il olan finalın mövzusu belə imiş: Rəngarəng Gürcüstan - rəngarəng yaşamın harmoniyası.

2017-2018-ci tədris ilinin Etalonunda 2001 ictimai məktəb və 89 özəl məktəb iştirak edib. Müsabiqə üç mərhələ olaraq keçirildi. Birinci mərhələdə - məktəblərdə testləşdirmələr - buna 37 965 uğurlu yuxarı sinif şagirdləri qoşulubmuş. İkinci mərhələ - bələdiyyələrə əsasən qaliblərin aşkarlanması. Bu ilki statiatikaya əsasən 5 815 şagird arasında 78 finalçı oldu. Onlar 26 iyunda möhtəşəm finalda öz bələdiyyələrini təqdim ediblər.

Sosial-maarif layihəsi "Etalon" Gürcüstanda 13-cü ildir ki, həyata keçirilir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər