Marneulinin majoritar deputatı Ruslan Hacıyev iki saylı ictimai məktəbin keçirdiyi imtahanlarda qeyri-qanunilik görmür

Marneulinin majoritar deputatı Ruslan Hacıyev iki saylı ictimai məktəbin keçirdiyi imtahanlarda qeyri-qanunilik görmür.

“Marneuli” radiosuna bu haqda Hacıyev bu gün, 2 iyul tarixində Marneuli iki saylı ictimai məktəbində valideynlərlə və məkdtəbin müdiriyyəti ilə görüşü zamanı bildirib.

“İki saylı ictimai məktəbdə keçirilən imtahanlarla bağlı hər şey qanuni olub. Lakin bununla bağlı valideynlər fərqli düşünür” – deyə Ruslan Hacıyev bildirib.

Parlamentin deputatı bizimlə söhbətində onu da bildirdi ki, valideynlərin iradını dinləyib və bu məsələ ilə bağlı məktəb müdiriyyətinin mövqeyi ilə də tanış olub.

“Mən Təhsil Nazirliyinin rəhbərliyi ilə şəxsən danışacağam. Onlar özləri bunu daxili qaydada müzakirə edəcəklər. Əgər nəsə çatışmırsa, özləri bu barədə ölçü götürəcəklər”, - Ruslan Hacıyev bildirib.

Ruslan Hacıyevin bildirdiyinə görə, onlar hadisələrin gedişinə nəzarət edəcəklər.

Parlament deputatının imtahanların qanuni şəkildə keçirildiyi barədə dəyərləndirmələrinə baxmayaraq, Gürcüstan Təhsil və Elm Nazirliyinin Milli Tədris Planı İdarəsinin rəhbəri Mariam Çikobava deyir ki, Marneuli iki saylı ictimai məktəbində 6-cı və 9-cu siniflər üçün imtahan qanun pozuntuzu ilə keçirilib. Konkret olaraq ildə iki fəndən artıq imtahan vermək olmaz. 9-cu sinifdə isə imtahanlar 9 fənn üzrə keçirilib. 6-cı sinfə gəlincə isə imtahanların keçirilməsi tamamilə qanuna ziddir.

“Marneuli” radiosu

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər