Meriyanın itlərin sığınacağına dair elan etdiyi tender pozulub - heyvan müdafiəçisi isə bunu məbləğin az olması ilə əlaqələndirir
Marneuli bələdiyyəsinin itlər üçün sığınacağı nəzərdə tutun tenderi baş tutmayıb.
Meriya 242 itə xidmət göstərmək üçün 16 949 lari ayırıb. Gürcüstan Heyvanları Qoruma Federasiyasının nümayəndəsi Temur Laçkepiani maliyyənin azlığından irəli gələrək tenderin baş tutmamasının məntiqli olduğunu hesab edir. O, deyir ki, bir it üçün 70 lari çox azdır və əgər kimsə bu tenderdə iştirak etsə işləri vicdansızca görməli olacaq.

“Təkcə sterelizasiyaya 100 lari lazımdır. Bir it üçün 70 lari ayırıblar. 10 gün iti saxlamaq qulluq göstərmək, qidalandırmaq üçün nə qədər məbləğ lazımdır. Bu tenderi qəbul edəndə gərək vicdansız çaışasan” - deyə Temur Laçkepiani bildirdi.



Laçkepianinin dediyinə görə, vəsaitin azlığından başqa burada bələdiyyənin öhdəliyi də vacibdir. Belə ki, bələdiyyə heyvanlara qulluq-sahiblik qaydasını qəbul etməli idi, lakin baxmayaraq ki, Gürcüstan Heyvanların Qorunması Federasiyası Marneuli Bələdiyyə Məclisinə heyvanların artımının idarə olunmasının izah edildiyi qərar layihəsi göndərib, bu günədək qaydalar qəbul edilməyib. O cümlədən, çox bələdiyyənin təsdiq etdiyi heyvanların artımına nəzarət olunması məsələsi Marneuli bələdiyyəsinin siyahısında yoxdur.

“Məsuliyyətsiz rəhbərə qarşı ölçülər götürülsün. Heyvanlrı atmaq, kontrolsuz artım qadağan olunsun. Bu qaydaları çox bələdiyyələr qəbul edib ancaq Marneuli bələdiyyəsi etməyib” – deyə Temur Laçkepiani bildirdi.



Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridzenin bu gün "Marneuli" radiosuna dediyinə görə, düzdür, heyvanların artımına nəzarət olunması ilə bağlı qərar qəbul edilməyib, lakin meriyada bu məsələ ilə bağlı müzakirələr davam edir. Müzakirələrə hüquqşünas da qoşulub, lakin qərarın nə zaman qəbul ediləcəyi məlum deyil.

Gürcüstan Heyvanların Qorunması Federasiyasının məktubuna Marneuli meriyası hələ də cavab verməyib.

Marneuli bələdiyyəsi artıq ikinci dəfədir ki, itlər üçün sığınacaq barədə tenderi elan edib. İlk tenderdə fərdi sahibkar Qiorqi Mağlaperidze iştirak etmişdi. O, tenderdə nəzərdə tutulmuş sayda iti Ozurqeti sığınacağına apara bilməmişdi.

İkinci tenderə gəlincə Qiorqi Mağlaperidze burada iştirak edə bilməzdi. Qiorqi Mağlaperidzenin dediyinə görə, onun şirkətində müəyyən pozuntular aşkarlanıb ki, bunu aradan qaldırmalıdır. Lakin pozuntuların müəyyən bir hissəsi aradan qaldırılıb və onun sığınacağı müvəqqəti olaraq bağlanıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər