200 ədəd yeni zibil qutusu Marneulinin mərkəzi küçələrinə yerləşdiriləcək
Marneuli bələdiyyəsinə verilmiş 200 zibil qutusu Marneulidə mərkəzi küçəyə qoyulacaq. Bizimlə söhbəti zamanı "Təmiz Marneuli"nin direktoru Leri Mumladzenin dediyinə görə yeni qutuların qoyulması Marneulinin görünüşü üçün də yaxşı olacaq. Köhnə qutuları isə kəndlərə böləcəklər. O, qeyd edir ki, Marneulidə təqribən 30 kəndə xidmət göstərirlər və onar tərəfindən dəyişilən qutuların sayı yetərlidir.

"İndi ən çox mərkəzi küçəsində yerəşdiriləcək ki, şəhərin görünüşü yaxşı olsun. Rustaveli, Kostava, 26 may və digər küçələrdə nəzərə alınacaq. Köhnə qutuları isə xidmət göstərdiyimiz kəndlərə verəcyik" - deyə Leri Mumladze bildirdi.



Demək olar ki, bir ildir Təmiz Marneulinin gözlədiyi 200 zibil qutusu bəədiyyəyə 27 iyunda veriib. Marneuli bələdiyyəsinin rəsmi facebook səhifəsində yayımlanan məlumata əsasən qeyd olunan qutuları munisipal "Təmiz Marneuli" MMC indiki mərhələdə ən çox tələbb olan yerlərə yerləşdirəcək. Təmiz Marneulinin direktoru isə qeyd edir ki, şəhərin görünüşünə uyğun olaraq qutular yerləşdiriləcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər