Marneulidə mövcud olan yeganə işıqforu meriya vətəndaşın tələbindən sonra təmir etdi
Marneulidə yalnız bir yerdə olan işıqfor xarab olub. Bu haqda 112-yə Marneuli sakini Fuad Qəhrəmanov bildirib. Amma çağırılmış patrul briqadası ona deyib ki, işıqforun təmiri meriyanın öhdəliyidir. Qəhramanov 2 iyulda meriyada Tahir Rüstəmova müraciət edib. O, bildirib ki, onun xidmətinin bu problemi həll etmək öhdəliyi yoxdur.



Qəhrəmanovun dediyinə görə, Zaur Tabatadze vəd verib ki, problemi həll edəcəklər. Ancaq hansı müddətdə olacaq bunu qeyd etməyib. Qəhrəmanov mer vəzifəsini yerinə yetirən şəxsi tez zamanda reaksiya göstərməyə çağırıb. Çünki işıqforun çalışmaması qəzalara səbəb ola bilər.

Bu gü Marneuli bələdiyyəsi facebook səhifəsi vasitəsilə əhaliyə bildirib ki, onlar işıqforu təmir ediblər. "Meriyanın reaksiyası nəticəsində işıqfor 2 iyul tarixində günün ikinci yarısından artıq çalışır" - yazılıb bələdiyyəsnin facebook səhifəsində.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər