Meriya amerikalı tərəfindən uşaq meydançasının yaradılması üçün alternativ ərazi valideynlər komitəsi ilə razılaşıraraq axtarmağı planlaşdırır

Bu gün, 5 iyul tarixində ictimai kitabxanada Marneulidə ilk uşaq meydançasının qurulması üçün alternativ sahənin ayrılması ilə bağlı görüş keçirilib. Rayn Smitin uşaq meydançasının qurulması təşəbbüsünü bir çox valideynlər dəstəkləyir.

Məhz bu məqsədlə onlar bu gün Marneulinin mer vəzifəsini yerinə yeirən Zaur Tabatadze və merin müavini Laşa Lobjanidze ilə görüşdülər.

Zaur Tabatadzenin sözlərinə görə, atraksionların yerləşdirilməsini istədikləri yerin Rustaveli küçəsində olmasını dəstəkləmir. Orada çox nəqliyyat vasitələrinin hərəkət etdiyi və maşınların tüstüsünün uşaq sağlamlığına zərər vurması baxımından uyğun deyil. Valideynlərin bələdiyyənin atraksionarın hədiyyə etməsinə dair suala isə Zaur Tabatadze cavab verib ki, təşəbbüs yaxşıdır və o, valideynlərlə görüşə tam hazır olduğunu bildirib və görüşdə alternativ sahənin tapılmasına cəhd göstərəcəklər.

“Meriyanın heç bir etirazı yoxdur. Ancaq bunun mərkəzi Rustavei küçəsində olmasının tərəfdarı deyiləm. Çünki Rustaveli küçəsi avtomobillərin hərəkəti ilə onsuz da yüklüdür. Uşaqların sağlamlığı üçün məkan yaratmaq istəyiriksə bunun əksni etmiş oluruq. İş görüşməsi yenə keçirəcəyik” – deyə Zaur Tabatadze bildirdi.



Zaur Tabatadze görüşdə deyib ki, meriya uşaqların əyləncə meydançasının qurulmasının qayğısına qalır, ona görə də milyonluq layihənin üzərində çalışırlar və yaxın gələcəkdə başa çatacaq. İşlər üçün tender elan edəcəklər.

Yeni əyləncə parkı Marneulidə mədəni irs statusu olan abidənin “Yenə də böyüyəcəklər”in yerləşdiyi ərazidə yerləşəcək. Marneulidə abidənin yerləşdiyi giriş yolu maşınarın Kvemo Kartliyə hərəkət edəcəyi yeganə yoldur. Ancaq Zaur Tabatadze qeyd edir ki, abidə müqayisədə əsas yoldan aralı yerləşir və ona görə də hesab edir ki, orada maşınların tüstüsü az olacaq.

Görüşdə iştirak edən valideynlərdən biri Nona Samxaradze deyir ki, müsbət yanaşması var və ümid edir ki, meriya uşaq meydançasını qurmaq üçün alternativ sahə tapacaq.
“Bu mövzuda müsbət yanaşmam var. Bugünkü görüş onun təsdiqidir ki, bələdiyyə bu mövzunu bizimlə müzakirə etməyə hazırdır. Bizim uşaqlarımız üçün iki atraksion olacaq məkan olmalıdır. İnanıram ki, bələdiyyə bunun üçün yer ayıracaq” – deyə Nona Samxaradze bildirdi.



Daha bir görüşün planlaşdırılması üçün valideynlərin təşəbbüs qrupu meriyaya rəsmi ərizə daxil etməli olacaqlar. Bu haqda isə meriyanın müxtəlif xidmətləri ilə birgə alternativ sahənin axtarımasına dair müzakirə apara biləcəklər.

Xatırladaq ki, Marneulidə ilk uşq meydançasının qurulmasının təşəbbüskarı Rayn Smit artıq bir ildir ki, meriya ilə kommunikasiya yaratmaq üçün müxtəlif yolların axtarışındadır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər