Meriya yalnız keçirilmiş iclaslar haqqında məlumat yerləşdirir, sakinlərin məlumat alması üçün əlavə suallara cavab vermir

Marneuli meriyasında 2 iyul tarixində yağan güclü yağış nəticəsində dəymiş zərərin, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yaradılmış işçi qrup daha bir işgüzar görüş keçirib,

bu haqda məlumat Marneuli bələdiyyəsinin rəsmi veb-səhifəsində yayılıb.

Yayılmış məlumatda bundan başqa o da qeyd olunub ki, “İşçi qrup bu vaxta qədər olan vəziyyət və görülmüş işləri cəmləşdirib”. Lakin hansı işlərin görüldüyü və hansı mövcud vəziyyətdən söhbət getdiyi haqda məlumat yoxdur.

Buna görə də “Marneuli” radiosu əhalini daha çox məlumatlandırmaq məqsədilə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə qrupun üzvlərindən biri, Marneuli merinin müavini Laşa Lobjanidze ilə əlaqə saxladı.

O, bizimlə söhbəti zamanı bildirdi ki, məsələ ilə əlaqədar veb-səhifədə yaxın vaxtlarda daha ətraflı məlumat yerləşdiriləcək və oradan məlumat almaq mümkün olacaq. Bu vaxt ərzində hansı işlərin görüldüyü ilə bağlı sualımıza isə cavab verməkdən imtina etdi.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər