Axlımahmudlu kənd əhalisinin 10 gündür ki, xarab olmuş borulara görə suyu yoxdur

Axlımahmudlu kəndinin sakinləri içməli su problemindən şikayətlənirlər. Onların sözlərinə görə, 10 günə yaxındır ki, kənddə içməli su yoxdur.

Kəndin içməli suyu Şulaver ərazisində yerləşən su anbarından gəlir. Kənd sakinlərinin sözlərinə görə, onlar aidiyyəti orqanlara dəfələrlə müraciət etsələr də, problem həll olunmayıb.



Kəndin mərkəzi hissəsində yaşayan 55 yaşlı Həsənova Nübar içməli su ehtiyacını həyətlərində öz hesablarına qazdırdıqları su quyusu ilə qarşıladıqlarını deyir. Onun sözlərinə görə, əvvəllər gəlsə də, son günlər su gəlmir. Bu onu və digər kənd sakinlərini narahat edir.



"Marneuli Kənd Su" MMC-nin direktoru Nəbi Abdullayev "Marneuli" Radiosuna bildirdi ki, həmin ərazidə içməli suyun verilməməsinin səbəbi borularda yaranan qəzalardır. Qəza baş verən ərazilərdə təmir işləri həyata keçirilib və baş verən qəzalar aradan qaldırılıb. Əhaliyə verilən içməli su isə bərpa olunub və qrafikə əsasən verilir.



Nəbi Abdullayev onu da əlavə etdi ki, 10 gün ərzində İmir kəndində tikintisi başa çatacaq su quysunun istifadəyə verilməsi planlşdırılır. Həmin su quyusu istifadəyə verildikdən sonra Axlımahmudlu, Araflı, Yenikənd və bəzi kəndlərdə içməli suyun verilmə vaxtının artırılması planlaşdırılır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər