Rayan Smitin ideyasını həyata keçirmək üçün Marneulidə imzaların toplanmasına başanılır

Rayan Smitin Marnenulidə uşaqlar üçün park yaradılması ilə bağlı ideyasının həyata keçirilməsi məqsədilə imza toplanacaq.

Bu gün 10 iyul tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində keçirilmiş görüşün iştirakçıları bu barədə qərar veriblər. Dostları, Marneulidən olan fəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fikrincə Marneulidə Smit ailəsinin adının yaşadılması üçün mütləq uşaqlar üçün meydança yaradılmalıdır.

Bu görüşdə 12 iyul tarixində qətlə yetirilmiş ailənin xatirəsinin yad edilməsi məqsədilə yürüş keçirilməsi qərara alındı. Mülki matəm mərasimi Rustaveli küçəsində, 8 avqust müharibəsi zamanı həlak olan qəhrəmanların memorialı yerləşən ərazidə, Rayan Smitin uşaq parkını salmaq istədiyi ərazidə keçiriləcək. Onların xatirəsi yad edildikdən sonra toplaşanlar Smit ailəsinin bu günədək bağlı olan evlərinə yürüş edəcəklər.

Xatırladaq ki, Smit ailəsi 6 iyul tarixində Duşeti bələdiyyəsinin Xada dərəsində ölmüş vəziyyətdə tapılıblar.

Xada xiyabanında Smitlər ailəsinin ölümündə ittiham olunan 19 yaşlı M.K. törətdiyi cinayəti etiraf edib.

İstintaq eksperimenti nəticəsində hüquq mühafizəçiləri 4 yaşlı uşağın cəsədini gizlədilmiş şəkildə tapıblar. Müəyyən edilib ki, 19 yaşlı çoban əvvəl odlu silahla Rayan Smit və onun övladını ölümcül yaralayıb, Lora Smit isə qaçmağa cəhd göstərən zaman yarğana düşüb ölüb.

Dəhşətli qətl haqqında DİN-in mərkəzi kriminal polis departamentinin təşki edilmiş cinayətlə mübarizənin əsas idarəçiliyinin rəhbəri Mamuka Celidze brifinq keçirib.

İki və ya daha çox şəxsin həmçinin, yetkinlik yaşına çatmamış şəxsin qətlində ittiham olunaraq saxlanılan 1998-ci il təvəllüdlü M.K. törtədiyi cinayəti etiraf edib. Ölənlərin cəsədi hal-hazırda ekspertizadan keçirilir. CM-nin 109-cu maddəsinin 2-ci hissəsinin "b" və 3-cü hissəsinin "a" aşağıbəndinə əsasən gedir.

Maddə ömürlük həbs cəzasını nəzərdə tutur.

İttiham olunanın məsuliyyətə cəlb olunması üçün ekspertiza keçiriləcək.

Xatırladaq ki, Smitlər ailəsinin yoxa çıxması haqqında 112-yə zəng 6 iyul tarixində daxil olub. İlk əvvəl DİN bildirib ki, ölənlərin cəsədində zorakılıq işarələri yoxdur.

Rayan Smit və onun ailəsi 6 ildən çoxdur ki, Marneulidə yaşayırmışlar və xalça biznesi ilə məşğul olurlarmış.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər