DİN zorakıların hərəkətlərini elektron biləkliklərlə kontrol edəcək

DİN yüksək risk daşıyan zorakıların hərəkətini elektron biləkliklərlə yoxlayacaq.


Bu haqda bəyənatı müəssisə bu gün, 10 iyul tarixində bəyənat verib. Elektron monitorinq sistemi ilin sonunda qüvvəyə minəcək.

DİN-in məlumatına görə, ailə zorakılığı haqqında müəssisəyə müraciət son 6 ay ərzində hiss ediləcək dərəcədə artıb. Qeyd olunanla bağlı bu gün Dİ nazirinin müavini Natia Mezvrişvili brifiqn keçirib.

İstəyirik cəmiyyətə ailədə zorakılıq, qadına qarşı zorakılıq və diskriminasiya işarəsi ilə törədilən cinayətlərə qarşı mübarizə məqsədi ilə DİN tərəfindən 2018-ci ilin 6 ay ərzində aparılan tədbirlər haqqında məlumat verək.

İnsan hüquqlarının müdafiəsi departamenti və nazirliyin struktur şöbələrinin ardıcıl çalışması nəticəsində 2018-ci ilin 1 yanvarından 1 iyuluna qədər olan dövrdə:

"Ailədə zorakılıq faktına dair 2804 faktla bağlı istintaq başlayıb. 1933 şəxsə qarşı isə cinayət işi açılıb. Bu isə keçən ilin ümum göstəricilərinə bərabərdir. Ailədə zorakılıq ittihamı ilə cari ilin 6 ay müddəti ərzində 1328 şəxs saxlanılıb" - DİN-in bəyanatında yazılır.

Daxili İşlər Nazirliyinin göstəricilərinə əsasən Kvemo Kartlidə 2018-ci ilin ilk altı ayı ərzində ailədə zorakılığa dair 396 fakt qeydə alınıb və onlardan 173 -ə dair iş açılıb. 2018-ci ilin ilk 6 ay ərzində 3 292 saxlama orderi yazılıb. Onun pozuntusu göstəricisi 7%-dir.

DİN-in məlumatına görə, əsasən "yaxınlaşma qadağasının" pozuntusunda qeydə alınıb.

Elektron monitorinq biləkliyin qəbul edilməsini Gürcüstan Gənc Hüquqşünaslar assosiasiyası həyata keçirir. SAİA-nın vəkili Gvantsa Sakanelaşvili Marneuli radiosuna müsahibəsində deyir ki, elektron monitorinq biləkliklərinin qəbul edilməsi vacibdir çünki bu gün qüvvədə olan qanunvericilikdən və təcrübədən dolayı zorakılıq qurbanları saxlama orderi yazılan zaman da özlərini mühafizədə hiss etmirlər. Zorakı ola bilsin qurbana və onun yaşadığı evə elə yaxınlaşsın ki, bu haqda hüquq mühafizə orqanlarına vaxtında məlumat çatdırılmasın.

"Biləkliklər taxıldıqdan sonra qurban və zorakılıq törədən şəxs müəyyən məsafəyədək yaxınlaşma olduqda hüquq mühafizəçilərinə xəbərdarlıq olunacaq. Buradan irəli gələrək, onların konkret məhdudlaşdırıcı və ya qoruyucu orderin pozulması faktına reaksiyası daha səmərəli olacaq. Ən əsası zorakılıq qurbanı olan insanların təhlükəsizliyi ən yüksək dərəcədə qorunacaq" - deyə Gvantsa Sakanelaşvili bildirdi.



Gvantsa Sakanelaşvilinin fikrincə elektron biləkliklərin qəbul edilməsi halında saxlama orderlərinin pozulması göstəriciləri də artıb. SAİA-ya zorakıların orderi pozduğunu deyən benefisiarlar müraciət edir. Ancaq bu faktı hüquq orqanına bildirməyiblər.

"Tez-tez deyirlər ki, hüquq mühafizə orqanları tərəfindən müvafiq reaksiya görmürlər. Və ya elə hallar da olur ki, qurbanlar zorakı şəxs tərəfindən yüksək risk görmürlər və onlar hər dəfə məhdudlaşdırıcı və ya qoruyucu orderin pozulması faktı haqqında hüquq mühafizə orqanlarına məlumat verməyi zəruri hesab etmirlər. Buradan irəli gələrək, məhdudlaşdırıcı və ya qoruyucu orderin pozulması hallarının 7% olması reallığı əks etdirməyə bilər" - deyə Gvantsa Sakanelaşvili bildirdi.



Hələlik məsafə müəyyən edilməyib ki, pozulduğu halda hüquq mühafizə orqanlarına mesaj daxil olacaq. Güman ki, bu məsafə elektron kontrol biləkliyinin qəbul edilməsi zaman müəyyən ediləcək.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər