Tsereteli parkının qurulması üçün tenderdə iştirak edən şirkət müqaviləni pozub - işlərin nə zaman başa çatacağı məlum deyil
Marneuli bələdiyyəsinin Tsereteli kəndində parkın qurulması tenderində iştirak edən şirkət müqavilə ilə götürdüyü öhdəliyi pozub. Pozuntu konkret halda müddətin keçməsini nəzərdə tutur.

Tsereteli kəndində 9 aprel adına parkın bərpa işləri qaydaya əsasən 4 iyulda bitməli imiş. Ancaq indiki mərhələdə işlərin təqribən 15% yerinə yetirilib. "Marneuli" Radiosu meriyada müvafiq xidmətdən məlumatı araşdırmağa çalışdı ki, hansı bəndlərin pozulmasından söhbət gedir və parkın qurulması nə vaxt bitəcək.

Bu məsələ ilə bağlı isə meriyanın mətbuat xidməti isə bizi Otar Pirveliyə isyiqamətləndirdi. O, Marneuli miqyasında tenderlərin işləməsini kontrol edir. Ancaq Otar Pirveli bilmir ki, işlər nə zaman başa çatacaq və deyir ki, məsələ meriyanın səlahiyyətinə daxil deyil. Yalnız onu deyir ki, indiki mərhələdə şirkət işləri həyata keçirməyə davam edir. Müddətin keçməsinə görə isə cərimə təyin olunub.

"Müddəti keçirmək olmaz. Keçirəndə cərimələnir" - deyə bilidirdi Otar Pirveli



"Marneuli" Radiosu bütün gün ərzində tenderdə iştirak edən şirkət "Tao" MMC-nin nümayəndələri ilə əlaqə yaratmağa çalışdı ancaq nəticə olmadı. Güman edə bilərik ki, tenderdə qeyd olunmuş əlaqə nömrələri düzgün deyil. "Tao" MMC cəmi 103 tenderdə iştirak edib. Bundan isə tenderlərin əksəriyyəti 57%-ində uduzub.

"Marneuli" Radiosu ilə söhbət zamanı Məlumat Azadlığı üzrə İnkişaf İnstitutunun - araşdırmalar istiqamətinin rəhbəri Giorgi Lomtadzenin dediyinə görə bələdiyyə görsə ki, şirkət tenderlə götürülən öhdəliyi yerinə yetirə bilmir ola bilsin ki, şirkətlə müqaviləni dayandırsın və tender başdan elan olunsun.

Tsereteli kəndində park mülki büdcə çərçivəsində düzəldilir. Bunum üçün yerli özünüidarəetmə 165 498 lari ayırıb. Tenderə əsasən Tsereteli parkının layihə sahəsi funksiya olaraq iki tarixi və gündəlik müasir ölçüdə bölünməlidir. Hər iki zonanın qurulması isə "Tao" MMC-nin öhdəliyidir və nə zaman başa çatacağını hələ bilmirik.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər