Marneulidə olan yeganə işıqforun xarab olması haqqında Marneuli meriyasına məlumatı yenə də vətəndaşlar verib
Marneulinin yeganə işıqforu yenidən xarab olub. 2 iyul tarixində Marneuli sakini tərəfindən Marneuli meriyasına müraciət edilərək məlumat verilib. 3 iyul tarixində Marneuli meriyası reaksiya göstərərək işıqforu təmir etikləri haqda bələdiyyənin facebook səhifəsində paylaşım edib.

Həmin gündən 14 gün keçməsinə baxmayaraq şəhər sakinləri Fuad Qəhrəmanov və Farik Mursakulov aksiya keçirərək bildirdilər ki, işıqfor Meriya tərəfindən təmir olunmayıb.



Onlar 112 zəng edərək işıqforun işləməməsi haqda məlumat veriblər. Hadisə yerində yol patrul xidmətinin əməkdaşları gələrək problemlə tanış olublar. Patrul xidmətinin əməkdaşları məlumat verərək bildirdilər ki, işləməyən işıqforların heç bir əhəmiyyəti yoxdu. Yenədə təmir üçün meriyaya müraciət etmələrini tələb etdilər. Marneuli sakinləri yenidən Marneuli meriyasına müraciət edərək problemin həllini tələb ediblər.

Marneuli İcra hakimiyyətinin İqtisadiyyat şöbə rəhbərliyini icra edən Davit Xarşiladzenin sözlərinə görə, həmin işıqfor yol hərəkət qaydaları üçün heç bir təhlükəsi yoxdur. Tezliklə işıqforu təmir etməyi planlaşdırırlar.

“Marneulidə binaların küncündə yerləşən işıqfor xarab olub. Sarı və qırmızı işıqda problem var və bələdiyyədən təmir edirlər. Həmin işıqforun yol hərəkət təhlükəsizliyi üçün heç bir əhəmiyyəti yoxdur. İstəyirsiniz müvafiq xidmətdən soruşa bilərsiniz” – deyə David Xarşiladze bildirdi.



Marneuli meriyası xarab olmuş işıqforu təmir etməyi planlaşdırır, amma nə zaman planlaşdırılır bu məlum deyil.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər