Marneuli meriyası küçə ticarətçilərinə küçəni boşaltmaq üçün “münasib vaxt” verib

Marneuli meriyası bazarın ətraf ərazisində ticarətlə məşğul olan küçə ticarətçilərinə bazara daxil olmları və ya ərazini tərk etmələri barədə bir daha xəbərdarlıq edib.


Bu insanlar illərdir ki, küçə ticarətindən gəlir əldə edirlər və ailələrini saxlayırlar. Bazarda satmağı piştaxtaların ödənişli olmasına görə sərfəli saymırlar. Küçə ticarətçiləri hələ də evə getmək və ya alternativ yerdən istifadə etmək barəsində qərar verə bilməyiblər.



Bazar müdiriyyəti küçə ticarətçiləri üçün güzəşt edib ki, bu da onların bəziləri üçün məqbul hesab olunub.

“Beş nəfər gəldi, yerindəcə razılaşdıq. Biz yer hazırlayırıq. 1 sentyabradək pulsuz xidmət olacaq” – deyə bazar rəhbərliyi bildirdi.



Marneuli merinin müavini Laşa Lobjanidze bildirdi ki, küçədə satılan məhsul ərzaq təhlükəsizliyi xidmətinin tələblərinə cavab verə bilmir. Küçə ticarətçilərinə bazara daxil olmaq üçün onun deyimiylə “münasib vaxt” veriblər.

“Kimsə daxil olmaq qərarına gələcək, kimsə ümumiyyətlə durmamaq qərarına gələcək, buna onlar qərar verəcək. Əsas odur ki, qanuna riayət olunsun və bu ərazidə küçə ticarəti ləğv olunsun” – deyə Laşa Lobjanidze bildirdi.



Laşa Lobjanidze “münasib vaxt” başa çatdıqdan sonra bələdiyyənin hansı tədbirləri planladığı barədə konkret bir şey demədi.

Laşa“Qanunvericiliyin tələbləri”.
Tiko“Qanunvericilikdə nə yazılıb ?”
Laşa“Konkret bu halla bağlı qanunvericilikdə nə varsa”.
Tiko“Bu cərimədir, yoxsa nədir ?”
Laşa“Ətraflı olaraq siz özünüz qanuna baxa və bu halda hansı tədbir görüldüyü ilə tanış ola bilərsiniz” – deyə Laşa Lobjanidze bildirdi.



Belə təəssürat yaranır ki, merin müavini küçə ticarətinin qadağan edilməsi ilə bağlı qanun nəyi nəzərdə tutduğunu bilmir və bizə qanuni aktları araşdırmağı məsləhət görür.

Gənc Hüquqşünaslar Assosiasiyasından bildirirlər ki, İnzibati Xətalar Məcəlləsinin 153-cü prima maddəsinə əsasən müvafiq icazəsi olmadan küçə ticarəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər 20 laridən 50 lariyədək cərimə olunurlar. Eyni hərəkət hüquq mühafizə orqanlarının səlahiyyətli şəxslərinin qanuni qərarları və ya tələblərinə riayət etməməklə baş verərsə, bu halda 50 laridən 100 lariyədək cərimə və ya 7 gün inzibati həbs cəzası müəyyən olunur.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər