Su təchizatı üçün "Kənd su" və "Rustavi Su" arasında qısamüddətli müqavilə bağlanacaq
Marneulinin “Kənd su” və “Rustavi Su” arasında müqavilə bağlanması planlaşdırılır. Merin müavini Laşa Lobjanidzenin Bələdiyyə Məclisinin iclası zamanı dediyinə görə, Algeti istiqamətində suyun verilməsini “Rustavi Su” həyata keçirirdi və təxminən 9-10 kənddə borclar yığılıb qalıb. Bu isə suyun kəsilməsinə səbəb olub. Lakin danışıqlar nəticəsində suyun verilməsi bərpa olunsa da, problem qalmaqdadır. Məhz bu məqsədlə “Kənd su” MMC içməli suyu almağa və daha sonra əhaliyə satmağa qərar verib. Lobjanidzenin dediyinə görə, Suyun verildiyi boru sıradan çıxıb.

“Bu uzunmüddətli perspektiv üçün nəzərdə tutulmuş müqavilə deyil. Bu əhaliyə problem yaranmaması və əvvəlki kimi xidmət göstərilməsi üçün müvəqqəti müqavilədir. Borca gəlincə isə “Kənd su” MMC bunu əhalidən tələb etməyəcək və gələcəkdə bu kəndlərin içməli su təchizatına hesablanmış layihə hazırlanmalıdır”, - deyə Lobjanidze bildirib.

Bələdiyyə Məclisinin iclasında Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze deputatlardan əhaliyə müqavilə bağlandıqdan sonra bir həftə ərzində problemin həll oluna bilməyəcəyini, bunun uzunmüddədli prosedur olduğunu çatdırmalarını istədi. Tabatadze onu da qeyd etdi ki, İnfrastruktur Nazirliyi ilə Algetinin su təchizatı probleminin tamamilə aradan qaldırılması üçün bu il layihənin alınması, gələn ildən isə su təchizatı sisteminin yaradılmasının həyata keçirilməsi barədə razılığa gəliblər.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər