Şulaveri və Qaçağan kəndlərində həkimlərin fəaliyyəti üçün meriya alternativ yer axtaracaq
Marneuli bələdiyyəsinin Şulaveri və Qaçağan kəndinin həkimlərinin tibbi məntəqədə yerləşdirilmə problemi var. Bu haqda Kvemo Kartli Sosial Xidmətinin Bölgə Mərkəzinin rəhbəri Besik Tepnadze məlumatı təsdiqləyib və deyir ki, məhz bu problemi aradan qaldırmaq üçün meriyada görüş keçiriblər. Onun sözlərinə görə, qeyd olunan kəndlərin həkimləri indiki mərhələdə müvəqqəti özəl binaya yerləşiblər. Meriyadan isə binaya görə problem yaranmayacaq alternativ sahənin tapılmasını tələb edirlər.



Marneuli meriyasından bildirdiklərinə görə məsələ gündəliyə salınıb. Lakin Şulaveri və Qaçağan kəndlərinin həkim problemi nə zaman həll olunacağı məlum deyil.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər