Gürcüstanda qətlə yetirilmiş Smit ailəsini ABŞ-da dəfn etdilər

Xada dərəsində qətlə yetirilmiş Smit ailəsi Arizona ştatının Finiks şəhərində dəfn olunub. Qətlə yetirilmiş Smitləri ailə üzvləri və dostları yad edib.

Anım tədbiri ilə bağlı videonu „TV Pirveli“ yayımlayıb. 4 yaşlı Kaylebi Qrinvud memorial qəbristanlığında anası ilə birgə dəfn ediblər. Onların qəbirlərinə əllə toxunulmuş xalça sərilib. Xatırladırıq ki, Rayan Smit xalça biznesi ilə məşğul olurdu. O, bu biznesi Marneuli rayonunun Kosalar kəndinə həyata keçirirdi.

Qeyd olunan mətbuat vasitəsinin məlumatına görə, dəfn mərasimində Lora və Rayanın bir-biri ilə necə danış olduqları, Gürcüstana necə gəlib çıxdıqları və nə üçün xalça biznesi ilə məşğul olmağı qərara aldıqları barədə səs yazısı sələndirilib.

Smit ailəsi 23 iyun tarixində Vaşinqton ştatının Takoma şəhərində də yad edilib.

Qətlə yetirilmiş ailə Amerika Birləşmiş Ştatlarına 20 iyul tarixində aparılıb.

Smit ailəsi Xada dərəsində 4 iyul tarixində qətlə yetirilmişdi. Qətldə 19 yaşlı çoban Malxaz Kobauri ittiham olunur. O, hal-hazırda həbsdədir. Xada dərəsində qətlə yetirilmiş Smitlərin ekspertizası Samxarauli tibbi ekspertiza bürosunda həyata keçirilmişdi. Ekspertizanın rəyinə görə, Lora Smit cinsi zorakılığa məruz qalıb, 4 yaşlı Kayleb isə ov tüfəngi ilə yaxın məsafədən atəş açılaraq qətlə yetirilib.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər