Gözdən qüsurlu şəxslərə bələdçi – Marneulidə vakansiya
Marneulinin Eşitmə Qüsurlu şəxslər üzrə İttifaqı Demokrat Qadınlar Cəmiyyəti ilə birgə layihə üzərində çalışır. Layihə yaxın gələcəkdə Marneuli bələdiyyəsinə təqdim olunacaq. Layihənin vacib komponentlərindən biri görmə qüsurlu olan şəxslər üçün bələdçi axtarılmasıdır. Marneuli Demokrat Qadınlar Cəmiyyətinin nümayəndəsi Olqa Endeladzenin sözlərinə görə, seçilən namizəd Görmə Qüsurlu Şəxslər İttifaqında hazırlıq keçəcək.

“Bu vakansiya bələdiyyədə layihə hazırlamamız və meriyanın onu maliyyələşdirməsi üçündür. Layihə bələdiyyə proqramı üçün hazırlanır. Ona görə də konkret adam axtarmalıyıq ki, layihəni özünüidarəetməyə təqdim edək”, - Olqa Endeladze deyir.

Əsas funksiya-öhdəliklər:
  • Görmə qüsurlu şəxslərə dövlət müəssisələrində bələdçilik etmək
  • Məlumat bazası ilə əlaqə qurmaq və göstərilən xidmətlərin hesabat formasını doldurmaq
  • Vacib tələblər:
  • Fiziki imkanları məhdudiyyətli şəxslərlə çalışmaq/ münasibət qurmaq təcrübəsi
  • Ofis proqramları ilə bağlı elementar bilik (Excel, Word) və elektron ünsiyyət bacarıqları
  • Gürcü dilini tam bilmək və ikinci dili (Azərbaycan dili olsa yaxşıdır) ünsiyyət səviyyəsində bilmək mütləqdir; rus, erməni dillərini bilmək müsbət qiymətləndirilir.
Fərdi xüsusiyyətlər:
  • Təşkilatlılıq və məsuliyyətlilik
  • Problemlərin təhlili və sürtəli qərar vermək bacarığı
  • İş və vaxtı düzgün bölmək bacarığı
  • Gizliliyi saxlamaq bacarığı.
  • Stress şəraitində çalışmaq bacarığı.
  • Yüksək cavabdehlik hissi
  • Punktuallıq.
Maraqlanan şəxslər öz CV-ni qeyd olunan poçt ünvanına göndərə bilərlər: CLOAKING .

Namizədlərlə söhbət 27 fevral tarixində Marneuli Demokrat Qadınlar Cəmiyyətinin ofisində aparılacaq. Ünvan: Marneuli, Qiorqadze k.# 1

Print Email
FaceBook Twitter Google