Tamarisidə "məhsul ayı" kənd bayramı keçiriləcək
Marneuli bələdiyyəsinin Tamarisi kəndində kənd bayramı “məhsul ayı” qeyd olunacaq.

Bu barədə Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin Facebook səhifəsində məlumat yayımlayıb.

Tədbirin məqsədi hər yaşda adam üçün təhlükəsiz, əyləncəli, ailə mühiti yaratmaq, eləcə də kənddə yaşayan adamların tanıdılmasıdır.

Kənd bayramında müğənnilər qrupu “Hucabi”, xoreoqrafik ansambl “İberia” və “Enquri” iştirak edəcək. Həmçinin, heykəltəraşlıq üzrə masterklass keçiriləcək, Marneulidə hazırlanmış məhsulun sərgi-satışı olacaq.

Bayrama gedəcək qonaqların səhnədən həmkəndlilərinə müraciət etmək və kənd üçün problemli, mühüm məsələləri qeyd etmək imkanı olacaq. Yerində şərab sərgi piştaxtaları yerləşdiriləcək, eləcə də ənənəvi novbar (sucuq, mürəbbələr, tatara, meyvə və qoz-fındıq) piştaxtası olacaq. Marneulidə hazırlanmış müxtəlif növ aksesuarların, keçə və s. sərgi-satışı keçiriləcək. Tamarisidə xidmət göstərən fermerlərin istehsal etdiyi məhsulların sərgisi baş tutacaq.

Kənd bayramı “məhsul ayı” 27 noyabr tarixində, saat 15:00-da Tamarisi kəndinin parkında keçiriləcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər