Marneulili mülki fəallar əhaliyə kənd küçələrinə verilə biləcək adların siyahısını təklif edirlər (VİDEO)
Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvilinin təşəbbüsü ilə regionda küçələrə adların verilməsi prosesinə başlanılıb. Bu bölgələrdən biri də Marneulidir.
Artıq yerli özünüidarənin işçi qrupu ilk görüşünü də keçirib. İlk görüş isə Dioqnisi kəndində baş tutub. Marneuli bələdiyyə miqyasında artıq Marneuli şəhəri, Saimerlo, Tsereteli, Qızılhacılı və İmir kəndlərində küçələrə ad verilib.

İndiki mərhələdə Algeti, Sabirkənd, Hallavar, Dioqnisi, Tamarisi, Keşəli, Ağməmmədli, Qasımlı, Qaçağan, Sadaxlı, Şaumyan, Şulaver və Norqiuli kəndlərində proses aparılır. Küçələrə ad verilməsi prosesinə yerli sakinlərin də qoşulacağı bildirilib.

Mülki fəal Samirə Bayramova kəndlərdə küçələrin adının verilməsi ilə bağlı “Facebook”-da yerli əhaliyə müraciət edib.

Samirə Bayramova müraciətində Gürcüstanda doğulan tanınmış şəxslərin, ictimai, siyasi, hərbi və mədəniyyət xadimlərinin kiçik siyahısını təqdim edib və kəndlərdə küçələrə adların verilməsi zamanı bu şəxsiyyətlərin və ya öz yaşadıqları yerlərdə olan dəyərli insanların adından istifadə edilməsini xahiş edib.

Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hələki icmalar bu prosesin başladılmasına hazır deyillər.



Artıq küçələrə adların verilməsi ilə bağlı könüllülər qrupu da yaradılıb. Mülki fəalın sözlərinə görə, o, küçələrə adın verilməsi ilə bağlı təşəbbüsündən sonra onun ideyasına bir sıra təşkilat və insanlar da qoşulublar. Qərara gəliblər ki, könüllərdən ibarət olan şəxslər öz bölgələrində tanınmış şəxslərin adlarının qeydlərini aparsınlar. Bayramovanın bildirdiyinə görə, artıq onlar belə bir görüşü də keçiriblər.



Samirə Bayramova ümid edir ki, yerli hakimiyyət bu prosesdə əhalinin fikirini nəzərə alacaq.



“Marneuli” radiosu olaraq siyahıda olan bir neçə kənddə olduq və əhalinin fikirini öyrənməyə çalışdıq. Yerli sakinlər bildirdilər ki, ilk öncə onların kəndindən olan tanınmış şəxsyyətlərin adı verilməlidir. Daha sonra isə əhalinin müzakirəsi çərçivəsində digər adların verilməsi mümkün ola bilər.



11 fevral tarixində Marneuli meriyasının İnzibati Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosuna bildirmişdi ki, onlar artıq ilk görüşü keçiriblər.

“Praktiki olaraq, Ad Vermə Komissiyası fəaliyyətinə Dioqnisi kəndindən başladı. Bu Kvemo Kartlidə dövlət müvəkkilinin təşəbbüsüdür. İndiki mərhələdə planda 13 kənd var. Kəndlərə səfər ediləcək, əhali ilə sorğu aparılacaq və onların təşəbbüsü əsasında küçələrə ad veriləcək. Bələdiyyə miqyasında dörd kənddə küçələrə ad verilib. Qalanları isə müzakirə olunmalıdır və qanunvericiliyə uyğun olaraq hər küçəyə ad veriləcək və tamamilə nömrələnəcək”, – Nino Dekanoidze bildirmişdi.

Qeyd edək ki, məsələ ilə bağlı yerli özünüidarə tərəfindən yaradılan işçi qrupu kənd əhalisi ilə küçə adlarını müzakirə edəcək və hökumət komissiyasına göndəriləcək.



Mülki fəal Samirə Bayramovanın kəndlərdə küçələrin adının verilməsi ilə bağlı hazırladığı siyahını sizə təqdim edirik:

  • Xudu Borçalı – General, gürcü ordusunda süvari dviziya rəhbəri;
  • Kutlu Arslan — 12 əsrin sonu 13 əsrin əvvələrində hərbi sərkərdə, dövlət xadimi, 1184-cü ildə Gürcüstanda ilk parlamentin banisi;
  • Pəri xanım Sofiyeva – İlk müsəlman deputat qadın;
  • Valeh Hacılar — Gürcüstan EA-nın akademiki, professor;
  • Aşıq Kamandar – incəsənət xadimi;
  • Hüseyn Saraclı – incəsənət xadimi;
  • Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi;
  • Həsən bəy Ağalarov – general, leytenat;
  • Ənvər Hüməbətov – Abxaziya müharibəsi, milli qəhraman;
  • Nigar Şixlinskaya - ilk azərbaycanlı şəfqət bacısı, ilk ali təhsilli azərbaycanlı qadın. Birinci Dünya müharibəsində yaralılara tibbi yardım göstərən Qadın Komitəsinin sədri, General Əliağa Şıxlinskinin həyat yoldaşı;
  • Qeysər Kaşıyeva – İlk azərbaycanlı rəssam qadın;
  • Şövkət Məmmədova - ilk peşəkar qadın müğənnisi (lirik koloratur soprano), opera artisti, teatr xadimi;
  • Əlimərdan bəy Topçubaşov – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri;
  • Xədicə Osman bəy qızı Qayıbova - incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri;
  • Abdulla Şaiq - azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi;
  • Nəriman Nərimanov - maarifpərvər, yazıçı-dramaturq və həkim;
  • Hüseyn Məmmədov - Siyasətçi, "Hümmət" partiyasının həmtəsisçisi;
  • Əhməd bəy Pepinov - Azərbaycan Demokratik Respublikası Parlamentinin katibi, Nazirlər Kabinetinin üzvü, nazir;
  • Şeyx Məhəmmədəli Hüseynoğlu — Zaqafqaziya Müsəlmanları Ali Ruhani İdarəsinin Sədri (1930-1935), görkəmli din xadimi və ilahiyyatçı;
  • Emin ağa Acalov — Cənub-Qərbi Qafqaz Türk Respublikası Milli Məclisinin Sədri (1919);
  • Ömər Faiq Nemanzadə — Cənub-Qərbi Qafqaz Türk Respublikasının Baş naziri (1918), yazıçı, publisist;
  • Həsən Seyidov — Azərbaycan SSR Nazirlər Sovetinin Sədri (1981–1988), Azərbaycan SSR görkəmli dövlət xadimi;
  • Firudin bəy Vəzirov - General-mayor;
  • Həsən Həsənov - Azərbaycan Respublikasının ilk Baş naziri (1991-1992), Azərbaycan dövlət xadimi;
  • Mehralı bəy Darvazlı — General-mayor, Osmanlı imperiyası hərbi xadimi;
  • İsrafil bəy Yadigarov — General-leytenant;
  • Həsən bəy Yadigarov — General-mayor;
  • Əsədulla bəy Yadigarov — General-mayor;
  • Davud bəy Yadigarov — General-mayor;
  • Vəli bəy Yadigarov – Polkovnik;
  • Əbdülhəmid bəy Qaytabaşı - Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru;
  • Axund Yusif Talıbzadə — General-mayor, Azərbaycan SSR hərbi xadimi;
  • Rəşid Behbudov — məşhur Azərbaycan müğənnisi;
  • Rəşid Yusifov — Dünya şöhrətli pəhləvan;
  • Möhsün Sənani — tanınmış Azərbaycan aktyoru, teatr xadimi;
  • İbrahim İsfahanlı — Azərbaycan aktyoru, teatr xadimi;
  • Hübeyş Tiflisi – alim;
  • Kamal Talıbzadə — Akademik, elm, mədəniyyət, ədəbiyyət və maarif xadimi;
  • Abbas Hacıyev — filoloq alim, ədəbiyyatşünas, tənqidçi, Tiflis ədəbi mühitinin və Tiflis Azərbaycan teatrının tədqiqatçısı
  • Mədəd Çobanov - Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor;
  • Ayvaz Həsənov – Gürcüstan SSR Kənd Təssərüfatı Nazirinin Müavini;
  • Hacı Murad Xəlilov – Kvemo Kartli Qubernatorunun birinci müavini;
  • Zahid Xəlilov - Azərbaycan SSR-nın dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962–1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Prezidenti;
  • Yusif Ziya Talıbzadə - Pedaqoq, siyasətçi, hərbçi (general-mayor);
  • Zəlimxan Yaqub – Şair
  • Niyazi( Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov)) - Azərbaycanlı dirijor və bəstəkar. SSRİ Xalq Artisti;
  • Gövhər Qazıyeva - İlk azərbaycanl qadın aktrisa;
  • Nodar Şaşıqoğlu - Dramatik teatr və kino aktyoru;
  • Əli Qurbanov - Aktyor, Azərbaycan SSR-nin xalq artisti;
  • Əzizə Məmmədova - Aktrisa, Azərbaycan SSR-nin əməkdar artisti;
  • Əsgər İsmayılov - Kinooperator, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi;
  • Aydın Hüseynov - Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster;
  • Dilarə Əliyeva - Ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən;
  • Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı;
  • Xədicə Əlibəyova - Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor;
  • Rəhilə xanım Hacıbababəyova - Azərbaycanın maarifpərvər qadınlarından biri — Bakıda müsəlman qızlar üçün olan ilk ali-ibtidai məktəbin müdiri;
  • Şəfiqə Əfəndizadə - Maarif xadimi, yazıçı, publisist. AXC parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir;
  • Yusif Yusibov - İctimai xadim, əməkdar pedaqoq, ədəbi tədqiqatçı;
  • Camal Mustafayev Professor;
  • İsa İsmayılzadə şair, tərcüməçi, publisist.
  • Nəbi Faxralı - Şair;
  • Novruz Təhləli - şair;
  • Əflatun Saraçlı Şair - tərcüməçi, professor;
  • Zülfüqar Rzayev həkim-travmatoloq;
  • Süleyman Əfəndi Süleymanlı Gürcüstan qəzetinin Baş redaktoru;
  • Osman Əhmədoğlu Dərviş Şair;
  • Aşıq Xındı Məmməd;
  • Aşıq Əmrah Gülməmmədov;
  • Abdulla Abbas Hacaloğlu şair, ədəbiyyatşünas, tərcüməçi;
  • Aşıq Gülabı Vəliyev;
  • İsə Sadiq – şair.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər