Meriya körpünün 1 878 333 lari dəyərində olan bərpa layihəsində çatışmazlıq yaranmaması üçün 13 133 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi Durmuşxan Mağalaşvili adına körpünün bərpasına 1 878 333 lari ödəyir. İşləri “İrlani” MMC həyata keçirir. Amma aydın olub ki, 2 milyona yaxın vəsaitə Mağalaşvili körpüsünün ətrafında olan iki dəmir konstruksiyanın sökülməsi daxil deyil.

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Mağalaşvili körpüsünün ərazisində olan dəmir konstruksiyaların sökülməsi üçün “Gürcüstan Birləşmiş Şirkəti” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.

Marneuli meriyasına dəmir konstruksiyaların sökülməsi tələbi ilə körpünün bərpa işlərini həyata keçirən “İrlani” MMC müraciət edib.

“Xatırladaq ki, məktubda qeyd olunan məsələdən aydın olur ki, körpünün tikinti-bərpa işlərindəki çatışmazlıqdan əlavə digər mövcud faktorlarla yanaşı, körpünün yanındakı dəmir kosnturksiyalar da maneəçilik yaradır.

Tikinti prosesini maneəsiz rejimdə həyata keçirmək üçün Marneuli bələdiyyəsi tərəfindən konstruksiyanın sökülməsinin, “Marneuli Avtopark” MMC-nin ərazisinə yerləşdirilməsini məqsədəuyğun hesab edirəm”,
– sadələşdirilmiş müqavilənin izahatnaməsində qeyd olunub.

Marneuli meriyası dəmir konstruksiyaların sökülməsi üçün “Gürcüstan Birləşmiş Şirkəti” MMC-ə 13 133 lari 40 tetri ödəyəcək.

Print Email
FaceBook Twitter Google