Marneuli yerli özünüidarəsi Tsereteli kəndində daxili yolların
çəkilməsi üçün tender elan edib.
Tender təklifinə görə, Tsereteli kəndində üç hissədə daxili yollara
asfalt çəkilməsi planlaşdırılır.
“Mövcud yol örtüyü qum-çınqıl qarışığı şəklindədir.
Yolun hərəkət hissəsi və kənarları tikinti tullantılarından və
yağışların gətirdiyi daş qalıqlarından
təmizlənməlidir”, – Tenderin smeta sənədlərində qeyd
olunub.
Marneuli meriyası tərəfindən elan edilmiş tenderə görə, Tsereteli
kəndində indiyə kimi asfalt çəkilməmiş küçələrə asfalt
çəkiləcək.
Yerli özünüidarə Tseretelidə daxili yollara asfalt çəkilməsi üçün
413 765 lari dəyərində tenderi 8 may tarixində elan edib. Tenderdə
iştirak etmək istəyən şirkətlər 24 maydan 29 maya qədər öz
təkliflərini təqdim edə bilərlər.
Tender təkliflərinə görə, qalib gələcək şirkət müqavilə bağladıqdan
60 gün ərzində işləri həyata keçirməlidir.