Marneulinin kəndlərindən birində yetkinlik yaşına çatmamış şəxsin
zorla evləndirilməsi faktı ilə bağlı iki nəfər saxlanılıb.
"Marneuli" radiosunun məlumatına görə, 15 yaşlı qızın atasını
saxlayıblar. O, yetkinlik yaşına çatmamış şəxsi evlənməyə məcbur
edirmiş. Həmçinin, potensial kürəkən olan şəxs də saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna qızın atasının və
potensial kürəkənin saxlanılması faktını təsdiq ediblər. Qurumun
məlumatına görə, polislər faktı öyrənən kimi müvafiq ölçülər
götürüblər və müttəhimləri saxlayıblar.
Yetkinlik yaşına çatmamış şəxsin zorla evləndirilməsi faktı ilə
bağlı iki nəfər dünən, 14 iyun tarixində saxlanılıb.