Marneulili oxçular Salome Xarşiladze, gənclər arasında Gürcüstan
oyununun ikinci mərhələsinin çempionudur.
Bu barədə Marneuli İdman Məktəbi məlumat yayıb.
“Cari ilin 14-17 oktyabrında, Tbilisi şəhərində, yeni
ox atıcılıq meydançasında 2023-cü ilin Gürcüstan gənclər kuboku
oyununun ikinci mərhələsi baş tutub. Turnirdə Marneuli
bələdiyyəsinin İdman Məktəbinin oxçusu Salome Xarşiladze (Fərdi
məşqçisi: Qiorqi Qordeziani) turnir çempionu olub. Marneuli
bələdiyyəsinin İdman Məktəbi Salomeni qazandığı uğura görə təbrik
edir!”, – İdman Məktəbi yazır.
Yarış fərdidir, yalnız oğlanlar və qızlar üçün "Klassik yay"
kateqoriyasında keçirilir. Atış məsafəsi 18 yaşa qədər idmançılar
üçün 60 metr, 21 yaşa qədər idmançılar üçün 70 metr təşkil
edir.