Müxalifət partiyasının nümayəndələri seçkiləri dəyərləndirirlər
Prezident seçkilərini müxalifət partiyasının nümayəndələri qiymətləndirirlər.
"Avropalı Gürcüstan"ın nümayəndəsi Əhməd İmamquliyevin sözlərinə görə, seçkilər həmişə olduğu kimi indi də saxtalaşdırılıb. "Siyasi addımlar "Gürcü Arzusu" tərəfindən məhz 2014, 2016, 2017-ci illərdə olduğu kimi davam etdirilir. Seçkiləri erməni karuselləri ilə saxtalaşdırdılar. Əhaliyə pul ödəyiblər, belə deyək alıblar" - deyir Əhməd İmamquliyev.

Seçkiləri "Güc Birlikdədir"in Marneuli qərargahının rəhbəri Aqil Mustafayev vicdansızlıq olaraq qiymətləndirir.

"Seçkilər təsirlə, şantajla, gedirdi. Bütün məntəqələrdə bizim nümayəndələrə qarşı təsir göstəriblər. Hakimiyyət nümayəndələri, bələdiyyə məclisinin üzvləri birbaşa məntəqələrə daxil olurdular və bizim komissiya üzvlərimizi şantaj edirdilər. İki məntəqənin nəticələri bizdə var və biz qalib gəlmişik. Biz bütün Gürcüstanda qalib gələcəyik" - deyir Aqil Mustafayev

Print Email
FaceBook Twitter Google