Zurabişvili Əliyevə: İşğalı birgə yaşayırıq
Bakıda Gürcüstan və Azərbaycan prezidentlərinin təkbətək və geniş formatda keçirilən görüşü zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji əməkdaşlığın əsas prioritetlər və hərtərəfli əlaqələr istiqamətində beynəlxalq formatlarda dəstək məsələlərini müzakirə ediblər. Salome Zurabişvili Gürcüstan və Azərbaycanın tarixi keçmişindən danışıb:

“Bizim ölkələrin dostluğunun böyük tarixi var, çox sayda ənənələr bizi bağlayır. Biz müasir həyata birgə başlamışıq.

100 il əvvəl müstəqilliyimizi bərpa etdik, bir zaman kiçik federasiyamız da var idi və biz birgə müstəqilliyi itirməyin və keçən ağır illərin nə demək olduğunu yaşadıq. Onun təzyiqi bu gün də bizim dövlətlərin inşasında hiss olunur.

Biz birgə müstəqilliyimizi qaytardıq və bu son illərdə eyni faciələri yaşadıq və bu gündə ölkə üçün işğal edilmiş ərazilərin, sənin ölkənin ərazi bütövlüyünün hələ də bərpa olunmamasının nə demək olduğunu yaşayırıq. İşğal xəttləri bizim üçün bu gün də açıq yaradır ki, bir tərəfdən bizim inkişafımıza mane olur,amma eyni zamanda bu faciələrə baxmayaraq biz yenə də öz dövlətlərimizi gücləndirə və iqtisadiyyatımızı inkişaf etdirə bildik ki, yolumuza müstəqil ölkə olaraq davam edək. Bu kiçik uğur və qələbə deyil”
– Gürcüstan prezident administrasiyasının Zurabişvilinin Bakı səfəri zamanı yayımladığı məlumatda deyilir.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ konflikti 1988-ci ildə başlayıb. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Azərbaycanın 20%-i Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistan isə bunu qəti olaraq inkar edir. 1994-cü ildə tərəflər atəşi dayandırmaq rejimi ilə bağlı imza atıblar, amma bu gün də beynəlxalq təşkilatların eqidi ilə iki ölkə arasında aparılan danışıqlar uğursuz hesab edilir. Hər iki tərəf daim atəşi dayandrıma rejimi haqqında pozuntuda bir-birini günahlandırır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google