Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistanı məhbus və cəsəd mübadiləsinə başlamağa çağırır
Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan və Ermənistanı məhbus və cəsəd mübadiləsinə başlamağa çağırır. Təşkilatın açıqlamasını "Reuters" agentliyi yayımlayıb.

"Qırmızı Xaça" görə, mübadilə prosesinə başlamaq üçün tərəflərlə razılıq əldə edilməyib.

"İndiyə qədər biz tərəflərlə bu məsələni intensiv şəkildə müzakirə etdik, lakin hələ də prosesə başlamağımıza imkan verəcək heç bir əsaslı razılaşma əldə edilməyib. Beləliklə, hər iki tərəflə danışıqlar davam edir və ümid edirik ki, gələcəkdə belə bir əməliyyatı həyata keçirə biləcəyimiz şərtlər yerinə yetiriləcək", – Beynəlxalq Qızıl Xaç Komitəsinin Avrasiya Regional direktoru Martin Şüepp Cenevrədə keçirdiyi brifinqdə qeyd edib.

Martin Şüepp həmçinin tərəflərdən "Qırmızı Xaç" heyətinin təhlükəsizliyinin təmin olunmasını istəyib.

Xatırladaq ki, Moskvadakı danışıqlar nəticəsində Ermənistan və Azərbaycan humanitar məqsədlər üçün atəşkəsə razı olmuşdular, ancaq buna baxmayaraq, tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırırlar.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google