Dövlət hər kəsə dövlət dilini öyrənmək imkanı verməlidir - Almaniya səfiri ilə müsahibə
Yanvarın 25-də Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş Marneuliyə səfər edib. Səfirin Kvemo Kartliyə səfərini Kvemo Kartli Mülki Şurasının müdafiə və təhlükəsizlik üzrə koordinatoru Samirə Bayramova təşkil edib. Bələdiyyədə bir sıra ictimai təşkilatlar və fəal gənclərlə görüşlər keçirilib.

Hubert Knirş Marneuli şəhərinin meri Kənan Ömərovla görüşüb, onlar Marneulidə həyata keçirilən infrastruktur layihələri və kənd təsərrüfatı məhsullarının ixracı barədə danışıblar.

"Marneuli" radiosu Almaniya səfiri ilə müsahibəni lentə almaq imkanı əldə edib. Etnik azlıqların inteqrasiyası prosesində dövlətin rolu nədir, Gürcüstanda demokratik dəyərlərin bərqərar olmasına nə mane olur - bu suallara Hubert Knirş cavab verib:

1. Bu gün Marneuli bələdiyyəsində görüşlər keçirdiniz. İlk öncə təəssüratlarınızı bizimlə bölüşün.
"Bu gün bələdiyyənin meri Kənan Ömərovla ilk görüşümüz oldu. Həmçinin müxtəlif icma mərkəzlərinin nümayəndələri ilə görüşümüz oldu və Kvemo Kartli bölgəsində bu qədər fəal gənclərin olması məni çox təsirləndirdi. Onlar yerli əhalinin yaşam şəraitini yaxşılaşdırmaq və gənclərə daha yaxşı təhsil mühiti yaratmaq istəyirlər.”

2. Bildiyimizə görə, siz beynəlxalq təşkilatların köməkliyi ilə yaradılmış Xuldarə kənd icma evində, həm də burada, Azərbaycanın köməkliyi ilə yaradılmış Marneuli Çay Evində olmusunuz. . Hər iki təşkilat inteqrasiyanı təşviq etmək üçün çalışır. Bizə etnik azlıqların inteqrasiyası prosesində dövlətin hansı rolu oynadığını söyləyəsiniz.
"Əhalinin inteqrasiyasına və inkişafına şərait yaratmaqda dövlətin üzərinə böyük məsuliyyət düşür, lakin müəyyən dərəcədə impulslar cəmiyyətdən gəlməyibsə, deməli, bu proseslər ləng gedir. Cəmiyyətin aktiv olması vacibdir və mən də şadam ki, impulsları dəqiq gördük . O, təkcə dövlətə baxmır, həm də məlumatları özü araşdırır, nə edəcəyini anlayır. Məsələn, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, problemləri həll edir, hökumətə müraciətlər edir ki, əhalinin problemlərini onlara çatdırsın.

3. Sizcə, Gürcüstanda demokratik dəyərlərin bərqərar olmasına nə mane olur?
"Gürcüstan müstəqillik əldə edəndən bəri 30 ildir ki, bunu inkişaf etdirir. Gürcüstan demokratiyası çox irəliləyişlər, çoxlu uğursuzluqlar əldə edib, lakin bu inkişafın daşıdığı ən böyük yük iki əsas partiyanın qarşıdurmasıdır. Qütbləşmə çox böyükdür və o yalnız siasyi spektri əhatə etmir - müxtəlif təşkilatları, o cümlədən medianı da əhatəm edir ki, bu da inkişaf prosesinə xələl gətirir və ümid edirəm ki, bu, sadəcə olaraq, keçib gedəcək və aradan qaldırılacaq bir mərhələdir, normal münasibətlər qurulacaq və bir-biri ilə ünsiyyət qurmaq, dəyərlər qurmaq və demokratiyanı inkişaf etdirmək daha asan olacaq”.

4. Təəssüf ki, dövlət dilinin, o cümlədən məktəb səviyyəsində öyrənilməsi məsələsi rayonumuzda problem olaraq qalır. Almaniya təcrübəsini və bu problemi həll etmək üçün dövlətin nə etməli olduğunu bölüşərdinizmi.
"Almaniyada bir neçə bölgə var ki, orada əsrlər boyu yaşamış etnik azlıqlar var. Biz son onilliklərdə başqa ölkələrdən olan etnik azlıqlarla işləməkdə böyük təcrübə toplamışıq. Almaniyaya çoxlu etnik azlıqlar gəlib və bizdə çoxlu sayda etnik azlıqlar var. Almaniyaya böyük bir mühacir dalğası gəldi, bir ildə bir milyon miqrant Almaniyaya gəldi, sonra dövlət bu insanların alman dilini öyrənməsi üçün çoxlu pul xərclədi və tamamilə təmənnasız olaraq alman dilini öyrətdi. Hesab edirəm ki, dövlət bütün insanların dövlət dilini öyrənməsi üçün əlindən gələni etməlidir. Əgər bunu etməsə, nəinki dili bilməyənlər əziyyət çəkəcək, hətta həm də dövlətin özü”.

5. Hazırda dünyada cərəyan edən ümumi geosiyasi prosesləri nəzərə alaraq, biz Ukraynada baş verən son prosesləri nəzərdə tuturuq. Sizcə, indiki vəziyyəti nəzərə alsaq, Gürcüstanın NATO və Avropa İttifaqına daxil olması daha asandır, yoxsa əksinə, bu proseslər ona mane olacaqmı?
"Son hadisələrin təbii ki, çox böyük siyasi yükü var. O ki, qaldı Rusiya-Ukrayna, həm də Rusiya-Qərb qarşıdurmasına. 20 il ərzində biz Rusiyanın bir güc olduğunu, yəni hesablaşmanın olduğunu gördük. Beynəlxalq münasibətlərdə Gürcüstanda müxtəlif istiqamətlərdə müharibələr, Ukrayna ilə münaqişələr olub və biz görürük ki, o, indi özünü müdafiə olunmadığını bəyan edir və qorunma zəmanəti tələb edir. Qonşularla yaxşı münasibətlərə malik olmaq lazımdır və mən Rusiyanın bu qənaətə gələcəyinə və buna uyğun hərəkət edəcəyinə inamı saxlamaq istəyirəm”, - deyə Hubert Knirş bildirib.

Qeyd edək ki, Almaniya səfiri bu gün Gürcüstandakı Azərbaycanlıların İnteqrasiya Mərkəzində, “Çay evi”ndə və Qardabanidə də olub.

Print Email
FaceBook Twitter Google